Sosial
Kassalarda sizi necə aldada bilərlər? - Bir-iki mal alınıbsa... - - VİDEO
Video əlavə olunub.
xxx
Rusiyalı mütəxəssis Alisa Xramova müştəriləri kassada aldatmağın ən geniş yayılmış üsulunu açıqlayıb.
“Çekdəki artıq mallar, kassada aldatmağın ən geniş yayılmış üsullarından biridir. Bir və ya iki mal alınıbsa, fırıldaqçılıq etmək kifayət qədər çətindir, amma çeşidlər çoxdursa, alıcını aldatmaq olduqca asandır”, - deyə ekspert bildirib.
Onun sözlərinə görə, fırıldaqçı kassirlər adətən özləri çekə əlavə mallar vururlar. Bəzən elə də olur ki, qalığı səhv qaytarırlar.
“Bütün mallar kassada skan edildikdən sonra, kassir qaydalara görə, alışın ümumi dəyərini, sonra alıcıdan alınan pulun və qalığın məbləğini açıqlamalı və sonra onu çeklə birlikdə verməlidir”, - deyə Xramova qeyd edib.
Eyni zamanda, başqa bir oğurluq üsulu da məhsuldakı barkodun dəyişdirilməsidir. Bu vəziyyətdə bahalı məhsul, ucuz olanın barkodundan istifadə edərək kassada skan edilir. Digər hallarda, kassirlər iki məhsulun birinin qiymətinə alına biləcəyi 1+1 kimi kampaniyalar barədə müştərilərinə məlumat vermir və ya bilərəkdən xatırlatmırlar. Satıcı iki məhsulu çekə daxil edir, lakin alıcı kampaniyadan bixəbər olaraq bir məhsulla gedir, onu aldadan kassir isə ikinci məhsulu özünə saxlayır.
Bir başqa aldatma yolu da müştərinin yığdığı kart əvəzinə özününkünü skan edir, bu zaman ballar müştəriyə deyil, ona verilir. / Oxu.az
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)



















.jpg)
.jpg)





