Sosial
Bu xanıma YÜKSƏK VƏZİFƏ verildi - FOTO
Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinə rəhbər təyinatı olub.
Bu barədə Fondun mətbuat katibi Pərvin Məmmədova məlumat verib.
Onun sözlərinə görə, bu vəzifəyə Aybəniz İsmayılova təyin olunub.
Qeyd edək ki, İsmayılova Aybəniz Rafiq qızı 8 oktyabr 1976-cı ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olub.

1993-2000 illərdə Xəzər Universitetinin “Beynəlxalq münasibətlər” fakültəsində bakalavr təhsili alıb, daha sonra isə “Beynəlxalq hüquq” ixtisası üzrə Magistr dərəcəsinə yiyələnib. 2004-2006 ci illərdə Böyük Britaniya Krallığının "Chevening" təqaüdü ilə Mançester Universitetində “Beynəlxalq inkişaf” ixtisası üzrə Magistr dərəcəsi qazanıb. Hazırda ali idarəetmə dərəcəsi üzrə təhsilini Fransanın İNSEAD universitetində davam etdirir.
A.İsmayılova 20 ilə yaxın BMT, USAİD və digər nüfuzlu beynəlxalq təşkilatlarda aparıcı vəzifələrdə çalışıb. Beynəlxalq təşkilat və donor siyasəti üzrə mütəxəssis olaraq, institusional inkişaf, təşkilat daxili davranış və əhalinin həssas qruplarının inkişafı üçün irimiqyaslı layihələrə maliyyə vəsaiti cəlb edərək, həmin layihələrin bir qisminin idarə edilməsinə, bir qisminin isə icrasına nazərət edib.
2019-2021 ci illərdə keçmiş "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması"nın Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri olub. O, Qarabağ mədəni irsinin təbliği ilə bağlı çoxsaylı məqalələrin, eyni zamanda “Qarabağnamə” media proqramının müəllifi və aparıcısıdır. (report)
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu










.jpg)


























.jpg)


