Sosial
Məhkəmə "Azəriqaz"ın baş direktoru barəsindəki qərarı ləğv etdi
Xəzər Rayon Məhkəməsi “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev barəsində Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən tərtib olunmuş inzibati qərarı ləğv edib.
Publika.az xəbər verir ki, vəkil Fərid Məmmədlinin verdiyi məlumata görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin “Azəriqaz” İB-nin Metrologiya Departamentinin “Sayğacların müayinəsi laboratoriyası”nın 6-cı dərəcəli Nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingəri vəzifəsinə işə götürülmüş Tural Səfərovun işdən qanunsuz azad edilməsi ilə əlaqədar 26 aprel 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən R. Əliyev İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsi (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə) ilə təqsirli bilinərək 1500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir.
Vəkil qeyd edir ki, həmin qərar qəbul edilərkən Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən bir sıra maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. “Bununla əlaqədar tərəfimizdən məhkəməyə verilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət təmin edilmiş və Dövlət Əmək Müfəttişliyi Xidmətinin qərarı ləğv olunaraq iş üzrə icraata xitam verilmişdir".
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur












.jpg)





















.jpg)
.jpg)

