Sosial
Media üçün sağlam rəqabətin olması önəmlidir - Qulu Məhərrəmli
Televiziya eksperti, professor Qulu Məhərrəmli Medianın İnkişafı Agentliyinin (MEDİA) elan etdiyi yeni layihə və müsabiqələrin ölkə mediasında sağlam rəqabətin yaranmasına səbəb olacağını bildirib.
Ekspert MEDİA-nın yeni qərarları barədə fikirlərini Publika.az-a danışıb.
- Medianın İnkişafı Agentliyinin açıqladığı qərarları necə qiymətləndirirsiniz?
- Medianın İnkişafı Agentliyi medianı maliyyələşdirməyin yollarından biri kimi müsabiqə elan edib. Bu müsabiqədə yenilik ondan ibarətdir ki, bu dəfə çap mediası ilə birlikdə saytlar da iştirak edir. Bu məsələ uzun müddət mübahisə doğururdu. Görünür ki, bu istiqamətdə də addımlar atılıb. Müsbət tərəfi odur ki, onlayn media da dövlətdən dəstək alaraq iqtisadi durumunu yaxşılaşdıracaq. Hesab edirəm ki, dövlət dəstəyi ilə yanaşı, ən yaxşı iqtisadi dəstək azad reklam bazarının olmasıdır.
- Agentliyin yeni layihələrinin KİVDF-dən əsas fərqi nə olacaq?
- Hesab edirəm ki, onlar arasında elə bir ciddi fərq yoxdur. Sadəcə şərtlər müəyyən qədər sərtləşdirilib. Onlayn medianın gün ərzində 20 orijinal xəbər tapıb verməyi problemdir. Təəssüf ki, bunu Azərbaycan şəraitində yerinə yetirmək çətindir, çünki xəbər mənbələrinə çıxmaq imkanları məhduddur. Dövlət qurumları, hakimiyyət nümayəndələri açıqlama verməyə meyilli deyil.
- Azərbaycan mediasının dünya mediası ilə ayaqlaşmasına imkan yarana bilər?
- Böyük ölçülərlə yanaşma hələ tezdir. Dünya mediası ilə ayaqlaşamaq üçün bir çox parametrlər tələb olunur. Bu, peşəkarlıq, məlumatın dürüstlüyü və yayılan məlumatın keyfiyyətindən asılıdır. Bu şərtlərə əməl edə bilsək, əlbəttə ki, dünya mediası ilə ayaqlaşmaqdan söhbət gedə bilər.
- Müsabiqə sağlam rəqabətin formalaşmasını təmin edəcək?
- Əlbəttə ki, müsabiqə varsa, yarış da, stimul da var. Media üçün belə bir sağlam rəqabətin olması önəmlidir. Əgər bu rəqabət media parametrlərini yaxşılaşdırmağa və azad media düşüncəsini inkişaf etdirməyə, cəmiyyətə xidmət etməyə və cəmiyyətin tribunası olmağa yönəldilibsə, çox yaxşıdır və təqdir olunasıdır. Bütün hallarda mediada proseslər gedir, biz bu proseslərin iştirakçısı və şahidiyik. Əsas məqsəd odur ki, ölkədə azad cəmiyyəti ifadə edən, cəmiyyətə gərəkli və maraqlı media quruluşları olsun. Onlar Azərbaycanda həm söz, həm mətbuat azadlığının ifadəçisi olsunlar, həm də ictimai düşüncənin inkişafına təsir etsinlər. Bu, medianın ali məqsədlərindən biri kimi çox önəmlidir və Medianın İnkişaf Agentliyi də məhz bu istiqamətdə addımlar atmalıdır.
Aytən Məftun
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı















.jpg)














.jpg)



.jpg)

