Sosial
Azərbaycanda iki uşağın DƏHŞƏTLİ HƏYAT HEKAYƏSİ - Analarını öldürən ataları həbsə düşdü və... - - VİDEO
Xəzər televiziyası iki uşağın acı taleyindən sujet hazırlayıb.
Onlar yaşlarından qat-qat böyük bir faciə yaşayıblar. Ataları analarını öldürən azyaşlıların yeganə ümidi bibiləri olub .
Burada da onların qəddarlıq gördüyü bildirilir. Masallı rayonunda valideynsiz qalan azyaşlı uşaqlara qarşı zorakılıq edilib. Həmin qardaş və bacını bibisinin ailəsinin döydüyü iddia edilir. Məsələnin təffərrüatlarını birlikdə izləyək.
Məsum gözlərində fərqli bir hüzün var bu uşaqların. Yaşlarından ağırdır çiyinlərində daşıdıqları yük. Onlar cinayətkar atanın qurbanı, ölmüş ananın övladlarıdırlar.
Hər şey gözlərinin önündə baş verib balaca mələklərin. Narkotik aludəçisi olan ataları analarını gözlərinin önündə bıçaqlayaraq öldürüb.
Bununla da eyni gündə həm anasız, həm də atasız qalır bu bacı qardaş... Aldıqları bu travma yetmirmiş kimi bir yandan da qəyyumluğa verildikləri bibisi və bibisi oğulları tərəfindən zorakılığın qurbanı olurlar. Hər gün döyülmə, aşağlanma uşaqların həyatının bir parçasına çevrilir.
Uşaqlar deyirlər ki, ən çox da onlara əziyyət veriləndə analarının yoxluğu şillə kimi dəyir ürəklərinə.
Hər gün davam edən zülmlərin ardından balaca uşaqlar bu bəladan qurtulmaq üçün yol axtarıblar. Zülmlərə tab gətirmiyən azyaşlılar çarəni polisə müraciət etməkdə tapıblar. Balaca Fəzail evdən qaçaraq polis bölməsinə gedib və bibisi oğlundan şikayətçi olub. Bundan sonra isə uşaqlar Masallı Rayon İcra Hakimiyyəti və polis əməkdaşları tərəfindən Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib.
Sığınacağın rəhbəri Kəmalə Ağazadənin sözlərinə görə uşaqlarla reablitasiya işlərinə başlanılıb.
Qeyd edək ki, uşaqlara qarşı zorakılıq törədən bibi oğulları Fuad Gülverdiyev 15 sutka həbs olunub. İndi uşaqların tək arzuları var. Belə ki, evlərini tərk edən zaman analarının rəsmini götürə bilməyiblər. Tezliklə həmin rəsmə qovuşub, onun arzuladığı kimi övlad olmaq.
-
Magazin206:16Ulduzların "İtaliya nağılı" - Toyun detalları bəlli oldu
-
Səhiyyə05:15Qonşu ölkədə seksoloq vəzifəsi ləğv edildi
-
Maraq dünyası04:14Paltar yuyarkən yol verilən 5 SƏHV - "Yumruq qaydası" nədir?
-
Avropa03:13Parad məşqindən qaçan atlar şəhəri qarışdırdılar - Yaralılar var / VİDEO
-
Magazin100:15Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bəzi sirlər qarşınıza çıxa bilər
-
İdman30 May 23:48Parisdə PSJ azarkeşləri ilə polis arasında toqquşmalar başladı - VİDEO
-
Sosial30 May 23:00Sabah bu qəsəbənin bir hissəsi işıqsız qalacaq
























.jpg)











