Sosial
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi onlayn görüş keçirdi
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri QHT-lərlə fəaliyyət sahələrinə uyğun silsilə onlayn görüşlərin keçirilməsinə başlayıb.
Publika.az xəbər verir ki, ilk olaraq Agentliyin Müşahidə Şurasının üzvü Günel Səfərova əlaqələndirici olaraq Ailə, qadın, uşaq və gender məsələləri istiqaməti üzrə sahəvi QHT-lərin rəhbərləri və fəalları ilə görüş keçirib.
“Zoom” üzərindən təşkil edilən tədbirdə Agentliyin İcraçı direkroru Fuad Dərgahlı qurumun məqsəd və vəzifələri, strategiyası barədə çıxış edib, gələcək planları haqqında iştirakçılara məlumat verib.
Daha sonra G.Səfərova müvafiq sahə üzrə fəaliyyət göstərən QHT-lərin mövcud vəziyyətləri, problemləri və Agentliklə sıx əməkdaşlıq üçün fikirləri, habelə gələcəkdə nəzərdə tutulan qrant müsabiqələrinin mövzuları istiqamətində fikir mübadiləsi aparılması məqsədi ilə istirakçıların müzakirələrə qoşulmasını təklif edib. Səsləndilən müxtəlif təkliflər və fikirlər arasında regionalardakı QHT-lərlə işin gücləndirilməsi, QHT-lərin fəaliyyət xəritəsinin hazırlanması, icra edilən layihələrin prioritetlərinin müəyyənləşdirilməsi və effektiv nəticələrinin əldə edilməsi məqsədi ilə daha böyük həcmli qrantların verilməsi, Bakıda və rayonlarda fəaliyyət göstərən uşaq və qadın sığınacaqlarının əlaqələndirilməsi təklifləri səsləndirən iştirakçılar, həmçinin şəhid xanımlarına peşə kurslarının keçirilməsi və onlara iş imkanlarının yaradılmasını, o cümlədən işğaldan azad olunmuş torpaqlarda yeni layihələrin həyata keçirilməsini xüsusi vurğuyıb.
Müzakirələr zamanı QHT potensialının inkişafı üçün xüsusi proqramların Agentlik tərəfindən hazırlanması və icrası, bu sahədə kadr potensialının və texniki bazasının gücləndirilməsinə xüsusi önəm verilməsi, QHT sektoru fəallarının ölkədə vətəndaş cəmiyyəti sahəsində günün tələblərinə cavab verən təşəbbüs və təkliflərlə çıxış etmələrinə dair fikirlər də səsləndirilib.
G.Səfərova qeyd edib ki, həm onun, həm də Agentliyin Müşahidə Şurasının bir sıra digər üzvlərinin təşkil edəcəyi belə görüşlər iyul ayı ərzində davam etdiriləcək, QHT rəhbərləri və fəalları ilə bu sektordakı aktual məsələlər ətrafında müzakirələr keçiriləcək.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)