Sosial
Toy üçün qeydiyyatdan keçənlərin sayı açıqlandı: NÖVBƏ YARANIB - VİDEO
Toy mərasimlərinin təşkili üçün icazə.e-gov.az portalında 956 tədbir qeydiyyata alınıb. Bəzi restoranlarda bir gündə iki və daha çox toy keçirilir. Restoran menecerləri deyir ki, nəzarət hər restoranda fərqli aparılır.
Publika.az xəbər verir ki, hazırda toylarla bağlı müraciətlərin sayı minə çatır. 1 iyul tarixindən müəyyən şərtlərlə toylara icazənin verilməsi həm pandemiyadan öncə toy planı quranları, həm də bu dövrdə öz yarını tapıb toy etməyi planlaşdıranları sevindirdi. Restoran menecerləri deyir ki, tarix məlum olduğu gündən müraciətlər başlanılıb.
Restoranların bəziləri toy etmək üçün tarix götürənlərlə gələn qonaqların Kovid pasportunun olmasına dair müqavilə bağlayır, bəziləri də müəyyən xəbərdarlıqlar edir. Bütün sanitar- gigeynik qaydalara əməl olunur.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzindən bildirilib ki, icazə.e-gov.az portalında şənlik mərasimlərinin keçirilməsi məqsədilə 956 tədbir qeydiyyatdan keçirilib. Bunların 336-sı Bakı şəhərinin, digərləri isə bölgələrin payına düşüb. Tədbirlər 55 rayon üzrə 259 şadlıq sarayını əhatə edir. Ən çox qeydiyyat sayı isə 1 iyul tarixində qeydə alınıb. Bu tarixdə 2299 əməkdaş və 383 tədbir üçün icazə alınıb. Xatırladaq ki, şənlik mərasimlərinin keçirilməsi ilə əlaqədar olaraq icaze.e-gov.az portalı 26 iyun tarixindən etibarən Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən aktivləşdirilib.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)