Sosial
Əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitəsinin sayı AÇIQLANDI - FOTO
Bu ilin 6 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 6237 əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib. Onlardan 957-si müharibə ilə əlaqədar əlilliyi olan şəxslərdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Publika.az-a verilən məlumata görə, qeyd olunan dövrdə Agentlik tərəfindən əlilliyi olan şəxslərə 477-si mühərrikli təkərli oturacaq olmaqla 669 təkərli oturacaq, 703 aşağı və yuxarı ətraf, habelə süd vəzi protezi, 599 aşağı və yuxarı ətraf ortezi, 6947 müxtəlif reabilitasiya vasitəsi, 75 bel və boyun nahiyəsi üçün korset, 1263 cüt protez ayaqqabı, 1643 cüt ortopedik ayaqqabı, 479 dördayaqlı dayaq vasitəsi verilib. Əlilliyi olan şəxslər həmçinin 1305 qoltuqaltı və dirsəkaltı ağac, 1253 ədəd əsa və s. reabilitasiya vasitələri ilə təmin ediliblər. Həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 84 yüksək texnologiyalı protez verilib.
Ümumilikdə, son 6 ayda əlilliyi olan şəxslərə 22272 reabilitasiya vasitəsi təqdim edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2 dəfə çoxdur.
Nazirliyin reabilitasiya müəssisələrində əlilliyi olan 1540 şəxsə stasionar, 143 şəxsə ambulator formada reabilitasiya xidmətləri göstərilib.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)