Sosial
İşəgötürənlər üçün yeni layihəyə start verilir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən birgə icra olunan “Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı” çərçivəsində “İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası” layihəsinə start verilir.
Publika.az xəbər verir ki, gənclər arasında işsizlik səviyyəsinin azaldılmasına yönələn layihə gənc və təcrübəsiz şəxsləri işə qəbul etməsi üçün işəgötürənləri həvəsləndirmək məqsədilə icra olunur. Layihə çərçivəsində işlə təmin edilən gənclərin əməkhaqqılarının 50 %-i Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondu tərəfindən maliyyələşdiriləcək.
Layihəyə 18-29 yaş aralığında, məsuliyyətli və öyrənməyə həvəsi olan, iş təcrübəsi olmayan, işsiz və işaxtaran gənclər müraciət edə bilərlər. Layihənin icrası zamanı Vətən müharibəsində iştirak etmiş, müharibədən zərər çəkmiş, habelə şəhid ailəsinin üzvü olan, əmək qabiliyyətli əlilliyi olan gənclərə üstünlük veriləcək.
Gənclər layihəyə www.genc.az saytı və “GəncApp” mobil tətbiqi vasitəsilə müraciət edə bilərlər.
Müraciətlərin qəbulu 15 iyul tarixindən başlamaqla 1 sentyabradək davam edəcək.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)