Sosial
30 yaşlı kişi ilə evləndirilən 16 yaşlı qız ailəsinə qaytarıldı - Anası hər şeyi açıqladı/VİDEO
Bir neçə gün əvvəl Şəki rayonun Kiçik Dəhnə kəndində yaşayan 16 yaşlı qızın Bakının Maştağa qəsəbəsində yaşayan şəxsə ərə verilməsiylə bağlı görüntülər yayılmış və fakt təsdiqini tapmışdı.
Publika.az Xəzər TV-yə istinadən xəbər verir ki, 30 yaşlı kişi ilə evləndirilən qız həmin şəxsdən alınaraq ailəsinə təhvil verilib.
Qızın anası Xuraman Həbilayeva deyir ki, bu əslində toy yox sadəcə nişan olub. Oğlan evi ilə aralarında anlaşıblar. Oğlanın valideynləri qızı indidən aparıblar ki, toyu sonradan eləsinlər.
Qız orta məktəbin 9-cu sinifini bitirib. Müəllimlər deyir ki, valideynlərin razılığı əsasında uşaq orta təhsilini davam etdirə bilər.
Yaşanan hadisənin bu səviyyəyə çatmasını ağlına belə gətirmən ana Xuraman Həbilayeva qızını 2 ildən sonra ərə verəcəyini bildirir.
Yeniyetməyə qarşı hər hansı təyziqlərin olub olmaması üçün müvafiq ekspertizalar təyin olunub. Polis əməkdaşları da məsələni ətraflı araşdırır.
Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanının nümayəndələri hər 2 tərəfdən izahatlar alıb. Onlara psixoloji, sosial və hüquqi dəstək göstərilib. Azyaşlı 18 yaşı olanadək nəzarətdə saxlanılacaq.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)