Sosial
DİQQƏT: Abonentlərdən pul tələb edən dələduzlar peyda olub
“Azəriqaz” İstehsalat Birliyi dövri yoxlama müddəti çatmış əvvəlcədən ödənişli və sonradan ödənişli sayğacların əvəzlənməsi prosesini davam etdirir.
Publika.az xəbər verir ki, "Azəriqaz" prosesdə qarşılıqlı iştirakı təmin etmək üçün hər bir abonentə SMS müraciət göndərir. Yəni istehlakçı əvvəlcədən xəbərdar olur ki, onun sayğacının əvəzlənməsi vaxtı çatıb.
İstehsalat birliyinin yaydığı məlumatda qeyd edilir ki, son günlər SMS müraciətlərimizdən istifadə edərək abonentlərdən pul tələb edən dələduzlar peyda olub: "Nəsimi rayonu, Moskva prospektində yaşayan bir sakinə əllərində köhnə qaz sayğacları olan (bu görüntü ilə həqiqətən “Azəriqaz” İB-də işlədikləri görüntüsünü yaradırlar) üç nəfər dələduz yaxınlaşaraq, “Sizin sayğacınızda problem var. Cərimə yazmağımızı istəmirsinizsə, “hörmət” edin” - deyərək pul tələb ediblər.
Abonentlərdən xahiş edirik ki, bu cür hallar baş verdikdə ünvana gələn şəxslərin xidməti vəsiqələrini tələb etməklə yanaşı, dərhal “Azəriqaz” İB-nin 104/185 saylı Çağrı Mərkəzinə, 077 3 104 104 saylı “Whatsapp” nömrəsinə, eləcə də sosial şəbəkə üzərindən Birliyin rəsmi səhifəsinə yazmaqla məlumat versinlər".
-
İdman6 Mart 23:15Bekhem Ağ Evə buna görə getməyib: Onu Trampdan üstün tutub
-
Nida Xəbər 6 Mart 22:02SEPAH-ın Bakıda qanlı terror planı: Şəhərin bu ərazilərində... - Video
-
İdman6 Mart 20:46Ağ Ev Trampla Messinin elə bir fotosunu paylaşdı ki…
-
İnanc6 Mart 20:00Ramazanın 17-ci gününün duası - İftar və imsak vaxtları
-
Magazin16 Mart 18:40Azərbaycanı "Avroviziya 2026"da kimin təmsil edəcəyi bilindi
-
Ekologiya6 Mart 18:30Martın 7-dən 9-dək... - Əhaliyə xəbərdarlıq
-
Nida Xəbər 6 Mart 18:15İran-Azərbaycan sərhədində yük avtomobillərinin buraxılışına başlanıldı
-
Sosial6 Mart 17:30Azərbaycan-İran sərhədində hərbi texnikalar yerləşdirilib? - RƏSMİ AÇIQLAMA
















.jpg)


















