Sosial
Vəziyyət çox ciddidir, bu cür davam etsə, yaxın həftələrdə... - Həkimdən ŞOK/VİDEO
Video əlavə olunub.
***
Koronavirusa yoluxmada bugünkü rəqəmlər 2-3 həftə belə davam edərsə, çox güman ki, yaxın həftələrdə xəstəxanalarda yer problemi ilə rastlaşa bilərik.
Publika.az xəbər verir ki, bu sözləri tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə deyib.
O bildirib ki, hazırda xəstəxanalarda xəstə sayı çoxdur və bütün xəstəxanalar demək olar ki, dolmuş vəziyyətdədir: “Bu gün ölkəmizdə aktiv xəstə sayı 50 mindən yuxarıdır. Hətta bəzi hallarda xəstəxanalara xəstə yerləşdirmək mümkün olmur, çünki tez dolur. Xəstəxanalara düşən xəstələrin böyük əksəriyyətinin artıq reanimasion tədbirlərə ehtiyacı olur. Bu gün evlərdə çox sayda xəstə var ki, onların da həddən artıq ağır vəziyyətdə olanları var. Bu xəstələrin xəstəxana şəraitinə, yüksək təzyiqli oksigenə ehtiyacları var. Reanimasiya şöbələrində də yer olmadığı üçün onları xəstəxanaya yerləşdirmək olmur. Bir çox insan deyir ki, vaksin olundum, amma yoluxdum. Vaksinasiya ona görə vacibdir ki, şəxs xəstələndiyi zaman xəstəliyi yüngül keçirsin, ağırlaşmalar və ölüm halları olmasın. Öz praktikamda müşahidə etmişəm, yanvar-fevral aylarında vaksin olunan və indi də virusa yoluxan şəxslər yaşlı olmalarına baxmayaraq, xəstəliyi yüngül keçirirlər. Onlarda ağırlaşmalar olmadı, hətta orta-ağır formada da keçirmədilər. Öz klinik təcrübəmdə hiss etdim ki, vaksinasiya effektivdir. Vaxtında vaksin vurdurmayan şəxslər bu gün xəstəliyi ağır keçirir və xəstəxanaya yerləşdirilə bilmirlər. Bu zaman isə müxtəlif şikayətlər edirlər. Əslində, problemlər hamısı bir-birinə bağlıdır. Bunun üçün də vaxtında vaksinasiya edilib özümüzü qorumalıyıq”.
Evdə müalicədən də danışan V.Cavadzadə qeyd edib ki, ev şəraitində müalicəyə başlamaq üçün mütləq həkim xəstəni müayinə etməlidir. Həkimin sözlərinə görə, ancaq bu gün insanlar özbaşına bədənlərinə müxtəlif venadaxili məhlullar köçürür və yaxud da tibb bacısının müalicəsinə inanırlar: “Həmçinin COVID-19-dan sağalan xəstənin müalicə preparatlarından istifadə edənlər də var. Hər bir preparatın göstəriş və əks-göstərişi var. Burada yanaşı xəstəliklər mütləq nəzərə alınmalıdır. Müalicə prinsipi eynidir, ancaq məsələn, şəkərli diabet xəstələrinə, autizm, böyrək problemi olan şəxslərə dərman preparatlarının təyinatında müəyyən dəyişikliklər var. Bu zaman həkim mütləq xəstənin ağırlıq dərəcəsini qiymətləndirməlidir. Asimptomatik gedişli xəstələrə preparat təyin edilməməlidir.
İnsanlar antibiotiklərlə yanaşı, müxtəlif növ antiviral preparatlar qəbul edirlər. Şəxs var ki, 4 antiviral dərman qəbul edir. Ancaq bu gün dünyada koronavirus əleyhinə qəbul olunmuş heç bir antiviral preparat yoxdur. Koronavirusun müalicəsində sübuta yetirilməmiş preparatların tətbiqi gələcəkdə müəyyən fəsadlar yarada bilər. Orta yaş qrupunda olan koronalı xəstələrin 80 faizi xəstəliyi yüngül keçirir. Buna görə də onların müalicəsində hansısa preparatların təyin edilməsi düzgün deyil. Hər temperaturu yüksək olan şəxsə antibiotikin təyin edilməsi doğru deyil. Bu preparatlar yalnız bakterial ağırlaşmalarda təyin edilə bilər. Əgər evdə xəstə düzgün müalicə alarsa, o zaman xəstəxanalara düşənlərin sayı 5-6 dəfə azalmış olar”.
Akqabay
-
İdman23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?