Sosial
Avqustda işıqpulu çox yazılıb? – "Azərişıq"dan iddialara CAVAB
Avqustda işıqpulunun digər aylarla müqayisədə həddən artıq çox yazılması ilə bağlı sosial şəbəkələrdə məlumatlar paylaşılıb. Bəzi vətəndaşlar iddia edirlər ki, əvvəlki aylarda da kondisionerdən istifadə olunub, lakin son ayda enerji sərfiyyatı həddən artıq çox yazılıb.
Publika.az xəbər verir ki, məsələ ilə əlaqədar Azərişıq ASC-dən Trend-ə bildirilib ki, avqust ayında enerji istehlakı ötən aylarla müqayisədə xeyli çox olub və vətəndaşlara iddia edildiyi kimi artıq sərfiyyat yazılması mümkün deyil.
"Açıqlanan rəsmi rəqəmlərə görə, bu ilin avqustunda enerji istehlakı 2,03 mlrd. kVt.s təşkil edib. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 1,53 mlrd. kVt.s olmuşdu. Eyni zamanda, cari ilin avqust ayı üzrə enerji sərfiyyatı son 5 ilin də ən yüksək gösəricisidir. Bundan başqa, həmin ay enerji göstəricisinə təlabat 2020-ci il ilin müvafiq dövrü ilə müqayisədə gündəlik ortalama olaraq 16,1 milyon kVt.s artıb. Avqust ayının 10-u elektrik enerjisinin günlük tələbatı Azərişıq ASC üzrə 72,2 milyon kVt.s qeydə alınıb ki, bu da elektroenergetika tarixində rekord göstərici olub”, - məlumatda bildirilib.
Qeyd edək ki, bəzən ayrı-ayrı şəxslərə astronomik elektrik sərfiyyatı yazılması halları da müşahidə olunur. Sosial şəbəkələrdə paylaşılan qəbzlərdən görünür ki, hansısa vətəndaşa yanlışlıqla 1000-2000 manat civarında işıq pulu yazılıb.
Bu məsələyə gəlincə isə qurumdan bildirib ki, bəzən belə hallara rast gəlinir. Bu halda həmin vətəndaş məsələni aydınlaşdırmaq üçün Azərişıq ASC-yə müraciət edə bilər.
Xatırladaq ki, Azərişıq ASC avqust ayı üçün öncədən verilən açıqlamada abonentlərə enerji sərfiyyatının çox olması barədə xəbərdarlıq edib. Bildirilib ki, soyutma və havalandırma avadanlıqlarından fasiləsiz istifadə enerji artımına səbəb olur, bu da istifadə edilən elektrik enerjisinin dəyərini artırır. Bu baxımdan, istehlak edilən elektrik enerjisinin dəyərinin artması növbəti hesabat ayında, yəni avqust üzrə təqdim olunan bildirişlərdə öz əksini tapacaq.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu










.jpg)


















.jpg)







.jpg)


