Sosial
AzTV-dən millət vəkilinə SƏRT CAVAB - Gün ərzində 1 saat...
Azərbaycan Televiziyası Milli Məclisin deputatı Fazil Mustafanın AzTV haqda tənqidi fikirlərinə münasibət bildirib.
Publika.az xəbər verir ki, televiziyanın millət vəkilinə rəsmi cavabında ironiyadan istifadə edilib: "Yaxşı olardı ki, hörmətli Fazil müəllim AzTV ilə bağlı fikir söyləməzdən əvvəl zəhmət çəkib gündə ən azı 1 saatını sərf edib kanala baxa və orada təqdim olunan verilişlərin forma və məzmununa diqqətlə nəzər sala, təhlil edəydi. O zaman AzTV-yə tutulan irad da daha məntiqli və əsaslı, ən əsası, anlaşılan olardı.
Yox, əgər deputat ideoloji baxımdan deyirsə, o zaman məsləhət görərdik ki, yenə də kanalda təqdim olunan süjetlərə, sənədli və bədii filmlərə, videoçarxlara, ən nəhayət, müharibənin hər gününə aid hazırlanan xronikalara, eləcə də şəxsən özünün dəfələrlə iştirak etdiyi gündəlik tok-şoulara diqqətlə baxsın".
_361.jpg)
Açıqlamada eyni zamanda deputatın bir neçə gün öncə AzTV-nin parlamentin fəaliyyətini az işıqlandırması ilə bağlı iradına da münasibət bildirilib: "Onu da deputatın diqqətinə çatdıraq ki, artıq bir aya yaxındır AzTV-də həftədə 1 dəfə, 45-50 dəqiqəlik “Parlament saatı” verilişi yayımlanır ki, bunu da millət vəkili bilməmiş olmaz. Belə olan halda F. Mustafanın iradlarını anlamaq, düzü, həm çətindir, həm də qeyri-obyektiv görünür. Bütün bunlarla yanaşı, əgər hörmətli deputatın AzTV-nin fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı əsaslı fikir və ideyaları varsa, görüş formatında və ya yazılı müaciətlə bildirə bilər".
Xatırladaq ki, bir neçə gün əvvəl F. Mustafa feysbuk hesabında parlament iclasında çıxış edib efirə verilən deputatların hamısının Yeni Azərbaycan Partiyasından olduğunu tənqid edib: “Digər partiya təmsilçilərinin bircə çıxışını da vermirlər. Hətta müstəqil deputatların da çıxışını nümunə üçün göstərmirlər. Ölkə prezidenti siyasi partiyaların rolunu qaldırmağa, siyasi plüralizmin inkişafına çağırış edir, televiziya dəyirmanı da öz ənənəvi dənini üyüdür. Sanki bilərəkdən parlamentin nüfuzunu aşağı salmağa çalışırlar”.
O eyni zamanda, AzTV-nin peşəkarlıq və siyasi hazırlıq baxımından çox geri qaldığını və kanalı formatlamaq lazım olduğunu bildirib.
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi










.jpg)
























.jpg)


