Sosial
Hərbi qulluqçularla bağlı VACİB XƏBƏR - Qanuna dəyişiklik edilir
Video əlavə olunub.
xxx
Hərbçilərin sığorta ödənişlərində dəyişiklik ediləcək. "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" qanuna əlavələrin edilməsi nəzərdə tutulub. Dəyişikliyə əsasən, hərbi qulluqçuların sığortasının təmin olunması gücləndiriləcək.
Publika.az musavat.coma-a istinadla xəbər verir ki, artıq bununla bağlı məsələ müzakirəyə çıxarılaraq Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Hərbi qulluqçuların icbari sığortası ilə bağlı qanun dəyişdirilir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşir "Xəzər Xəbər"ə bildirdi ki, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanunda dəyişikliklər ediləcək. Onun sözlərinə görə, layihə hərbi qulluqçuların icbari sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsinə yönəlib.
Millət vəkili qeyd edib ki, dəyişikliyə əsasən, sığortaolunan həqiqi hərbi xidmətdə olduğu zaman az ağır xəsarət zamanı sığorta pulunun 15 faizi miqdarında sığorta ödənişi alacaq.
Qeyd edək ki, qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin son iclasında müzakirə olunub. "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






.jpg)




























.jpg)

.jpg)