Sosial
FHN növbəti qanun pozuntusunun qarşısını aldı - VİDEO
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Publika.az xəbər verir ki, Xidmət tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “MSDIS Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icarəyə götürülərək tikinti-quraşdırma və yenidənqurma işləri aparılan yanacaqdoldurma məntəqəsində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar, xüsusilə də yanacaqdoldurma məntəqəsinin fasad hissəsində istifadə olunan üzlük materialın yanma qrupunun naməlum olduğu aşkar edilib.
Qeyd edilən nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratması səbəbindən aparılan işlər Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən dayandırılıb.
Obyektin fasad hissəsində istifadə olunmuş üzlük materialın yanma qrupunun təyin edilməsi üçün götürülmüş nümunələr Xidmətin əməkdaşları tərəfindən müvafiq qaydada sənədləşdirilərək, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınların Tədqiqatı və Sınaq Laboratoriyasına göndərilib və laboratoriyanın rəyi ilə sözügedən nümunələrin yanan materiallar qrupuna aid olduğu müəyyən edilib. Beləliklə, həmin üzlüklərin yüksək risk qrupuna daxil olan yanacaqdoldurma məntəqəsində istifadəsinin yolverilməz olduğu öz təsdiqini tapıb.
Qeyd olunanlar nəzərə alınaraq, Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə üzlük materialın sahibkar tərəfindən sökülməsi təmin edilib.
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur

















.jpg)















.jpg)
.jpg)

