Sosial
Yanvarın 1-dən BU ŞƏXSLƏRİN pensiyaları artımla veriləcək
Yanvarın 1-dən artıq əlilliklə bağlı pensiyaların artımı icra olunacaqdır. Ümumiyyətlə isə 2 200-dən artıq vətən müharibəsi qazisinə pensiya təyin edilib və bu iş davam etdirilir.
Publika.az Trend-ə istinadla xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Zəfər Avtoyürüşü zamanı jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, müharibə əlillərinin və şəhid ailələrinin müdafiəsi hər zaman dövlətimizin sosial siyasətinin mərkəzində olub və onlara hər zaman diqqət qayğı göstərilib.
"Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi olaraq bu kateqoriyaya aid olan vətəndaşlarımıza çox saylı sosial xidmətlər göstərilir. Təkcə bu il 33 min vətəndaşımız sosial xidmətlərdən yaralanıb. Bu Zəfər yürüyüşü də məhz Vətən müharibəsi əlillərinə verilən avtomobillərlə keçirildi. Bu il 150 avtomobil bu kateqoriyaya aid olan vətəndaşlarımıza təqdim edilib və proqram gələn ildə davam etdiriləcək",-deyə o bildirib
H.Abdullayev həmçinin qeyd edib ki, vətəndaşlarımıza göstərilən sosial xidmətlərin bir sahəsidə onların mənzil şəraitinin yaxşılaşdırılmasıdır. Bu ildə 3 min vətəndaşımız fərdi evlər və mənzillərlə təmin olunacaqdır.
"Artıq 2 minə yaxın mənzil vətəndaşlarımıza təqdim edilib.Bundan əlavə əsas sosial dəstək layihələrinin biri də özünəməşğulluqdur. Bu il ərzində 5 500-ə yaxın qazi və şəhid ailələri özünüməşğulluq proqramına cəlb edilib",-deyə o bildirib.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu










.jpg)


















.jpg)







.jpg)


