Sosial
2 şəhidin məzarı Yasamaldakı Şəhidlər Xiyabanına köçürüldü
Bakının Biləcəri qəbristanlığında və Abşeron rayonu Ceyranbatan qəbiristanlığında dəfn edilmiş 2 Vətən müharibəsi şəhidinin məzarı Yasamal rayonundakı Şəhidlər Xiyabanına köçürülüb.
Publika.az-ın məlumatına görə, məzar yerinin dəyişdirilməsi ilə bağlı şəhid ailələrinin müraciətləri onların iştirakı ilə ətraflı araşdırılıb, optimal həll yolu müəyyən edilib.
əhid gizir Xosrovzadə İlkin Azay oğlu və Mikayılov Cəbrayıl Valeh oğlunun nəşləri Yasamal rayon qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu kiçik gizir İlkin Xosrovzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
O, həmin ilin oktyabrın 25-də Zəngilan döyüşləri zamanı şəhid olub.
İlkin Xosrovzadə ölümündən sonra "Vətən uğrunda" medalı, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan Ordusunun hərbi qulluqçusu, Vətən müharibəsi iştirakçısı əsgər Mikayılov Cəbrayıl Valeh oğlu 10 oktyabr 2020-ci ildə Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı şəhid olub.
Şəhid ölümündən sonra "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif olunub.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)