Sosial
“Bazarstore”un məhsulunda virus aşkarlandı
Ölkəmizə idxal edilən bibər məhsullarında qonur qırışıqlıq virusu aşkar edilib.
Bu barədə Publika.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il 30 noyabr tarixində “Best Supply Company” MMC, 2021-ci il 3 dekabr tarixində isə “Amotrade” MMC və “Bazarstore” MMC tərəfindən Türkiyə Respublikasından ölkəmizə idxal edilən bibər məhsulu partiyalarına Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib və məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub.
Müayinələr nəticəsində ümumilikdə 5 nümunədə qonur qırışıqlıq virusu aşkar edilib.
Faktla bağlı respublika ərazisinə idxal edilən təzə bibər məhsulunun bütün partiyalarının qonur qırışıqlıq virusuna görə laborator müayinələrə cəlb edilməsi qərara alınıb. Həmçinin yüksək risk səviyyəsi nəzərə alınmaqla, virus xəstəliyi aşkar ediləcəyi təqdirdə, qanunvericiliyin tələblərinə uyğun olaraq, məhsul ixracatçı ölkəyə geri qaytarılacaq və ya fitosanitar və ekoloji təhlükəsizlik qaydaları əsasında məhv ediləcək.
Qeyd edək ki, qonur qırışıqlıq virusu hazırda Türkiyə də daxil olmaqla, dünyanın bir çox ölkələrində, o cümlədən Almaniya, İspaniya, Niderland və Belçikada yayılmaqdadır. Kənd təsərrüfatı məhsullarına ciddi ziyan vurmaq potensialına malik olan bu virus bibərlə yanaşı, pomidor, badımcan, kartof və tütün məhsullarına da böyük həcmdə zərər vurur. İnsan sağlamlığına təsir etməyən, lakin fitosanitar riski yüksək qiymətləndirilən və meyvənin əmtəə keyfiyyətini aşağı salmasına görə təhlükəli sayılan bu virus məhsulun iqtisadi dəyərinə əhəmiyyətli dərəcədə təsir göstərir. Sözügedən xəstəliyə qarşı səmərəli mübarizə metodu olmadığı üçün yoluxmuş bitkinin sağlamlaşdırılması mümkün deyil.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


































.jpg)
.jpg)
