Sosial
İstehlakçıları ən çox bu sahələrdə ALDADIRLAR
Mürəkkəb texniki vasitələr, xüsusilə mobil telefonlar, kompüterlər, paltaryuyanlar və bu kimi digər müasir avadanlıqlar, eyni zamanda mebel istehsalçıları ilə bağlı şikayətlərin sayı hər gün durmadan artır.
Bunu Publika.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
E.Hüseynov bildirib ki, danışıqlar yolu ilə 80% problemin həllinə nail olunur: “Birliyə daxil olan həll edə bilmədiyimiz müraciətlər isə aidiyyəti üzrə dövlət orqanlarına göndərilir. Bizim göndərdiyimiz məktub əsasında onlar istehlakçının hüququnu pozan tərəfə məktub göndərirlər. Onlar da qeyd olunanlarla razılaşmır. Belə olan halda isə həm bizə, həm də istehlakçılara məhkəməyə müraciət etməklə bağlı cavab məktubu göndərilir. Dövlət orqanlarının istehlakçıların hüquqlarını qoruma siyasətində bəzi dəyişikliklərin edilməsinə ehtiyac var. Xüsusilə, qida sahəsində dəyişikliyin edilməsi lazımdır”.

Eyyub Hüseynovun sözlərinə görə, dönərlə bağlı hər gün birliyə telefon zəngi daxil olur: “İstehlakçılar yaxşı dönəri haradan almalı olduqları, necə seçmələri ilə bağlı suallar da ünvanlayırlar. Dönər sahəsində mütləq dönüş yaranmalıdır. Qida fermadan və ya tarladan istehlakçının masasına gələnə qədər bir çox mərhələdən keçir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehsalçını maarifləndirir, orada yoxlama aparır. Ancaq məhsul son nöqtəyə qədər izlənməlidir. Sahibkarlar da bundan sui-istifadə edirlər və təhlükəli hallarla qarşılaşırıq. Bu gün dönərdən 8 nəfərin zəhərlənməsi də bunu göstərir. İstisna olunmur ki, murdar ətlər dönərxanalarda istifadə olunur. Nəzarət mütləq gücləndirilməlidir. Bu sahədə Ədliyyə Nazirliyi proseduru sadələşdirməli və qida sahəsi ayrıca nəzarətə götürülməlidir”.
Akqabay Mıradov
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı










.jpg)


























.jpg)

.jpg)