Sosial
Bu, Prezidentin siyasətinin əsas istiqamətlərindən biridir - Deputat
2022-ci ilin dövlət büdcəsi layihəsi müzakirə olunan zaman biz gördük ki, Azərbaycan hökuməti yenidən sosial yönümlü siyasəti davam etdirir. Ölkə Prezidenti İlham Əliyevin göstərişi ilə vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması üçün xüsusi təkliflərlə çıxış edildi. Ölkəmizdə vətəndaşların rifahının yaxşılaşdırılması, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi Prezidentin siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Dövlət başçısının bu günlərdə imzaladığı yeni fərman və sərəncamlar da bu istiqamətdə xüsusilə son illərdə ardıcıl, geniş miqyas alan sosial islahatların növbəti mərhələsinə başlanmasını təmin edib.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, dövlət başçısının hər il olduğu kimi bu il də vətəndaşların sosial rifahının təminatı, onların ehtiyaclarının qarşılanması məqsədilə müavinətlər, pensiyalar, təqaüdlər və maaşların artırılması ilə bağlı imzaladığı sərəncamlar 2,1 milyondan çox şəxsi əhatə edəcək: “Vətəndaşlar yanvar ayından bu islahatlardan faydalana biləcəklər. Qələbədən sonra müstəqillik dövrünün ən bahalı büdcəsini təsdiqləyən və icra etməyə başlayacaq hökumət bu addımı atmaqla çox düzgün qərar verib. Çünki vətəndaşlarımız qalib ölkənin vətəndaşlarıdır. Azərbaycan insanı daha yaxşı yaşamalı, daha çox əməkhaqqı almalıdır. Bu baxımdan da sosial qayğıya ehtiyacı olan, dövlət qulluğunda və özəl sektorda çalışan insanların əməkhaqlarının artırılması alqışlanmalıdır”.
N.Həmzəyev qeyd edib ki, minimum əməkhaqqının artımı əhalinin gəlirlərində artımı təmin etməklə işçi qüvvəsinin rəqabət qabiliyyətinin, əmək məhsuldarlığının artmasını, əməyin leqallaşdırılmasını da stimullaşdırır: “Gələn il minimum əməkhaqqı 2022-ci il üçün nəzərdə tutulan yaşayış minimumunu 43% üstələyəcək. Bu artım eyni zamanda ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti göstəricisinin də növbəti dəfə yüksəlməsinə imkan verəcək. Minimum əməkhaqqı artımı dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min nəfər olmaqla, ümumən 800 min işçinin işçini əhatə edəcək. Bu onu deməyə əsas verir ki, bizim çox sayda vətəndaşımız imzalanan sərəncamdan faydalana biləcək. Əhalimiz bu artımların bəhrəsini 2022-ci ildə görəcək. Düşünürəm ki, növbəti illərdə də əməkhaqqının artırılması və insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində işlər davam etdiriləcək. Sosial paketlərin davam etdirilməsi, yenilərinin icra olunması çox yaxşı haldır. Bu sahədə hökumətimiz tərəfindən lazımi işlər görüləcək”.
Akqabay Mıradov
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı
-
İnanc20 Mart 18:00Tüstüdən gələn mistik güc: Cansız daş da can tapa bilər, əgər...
-
Nida Xəbər 20 Mart 17:06Mehriban Əliyeva xalqımızı bayram münasibətilə təbrik etdi




















.jpg)














.jpg)

