Sosial
Deputat müjdəli xəbəri verdi: GƏLƏN İL...
Ölkəmizdə reallaşmaqdan olan və 1,5 milyard manata yaxın dəyəri olacaq yeni sosial paket 2 milyondan artıq vətəndaşımızı əhatə edəcək. Mühüm məqamlardan biri də əməkhaqqı, müavinət və digər artımların özəl sektora və kənd təsərrüfatında çalışanların sosial vəziyyətinə necə təsir göstərməsidir.
Publika.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib.

Deputat bildirib ki, sosial paketin icrası yalnız dövlət sektorunda çalışanlar üçün deyil, həmçinin özəl sektor üçün də vacib hesab olunur: "Əvvəlla, 2022-ci ilin dövlət büdcəsində sosial xərclərin payı 46,4 faizə qədər yüksələcək. Bu isə ondan xəbər verir ki, gələn il büdcədən ayrılacaq hər 2 manatdan təxminən 1 manatı sosial sferaya yönəldiləcək. Bu, sosial istiqamətə 14 milyard manata yaxın vəsaitin ayrılması anlamına gəlir. Sosial ayırmaların atması ishehlakı artıracaq və bu da özəl sektorun, xüsusən də xidmət, ictimai iaşə, turizm və s. sahələrin dövriyyəsinin artması baxımından vacibdir. Çünki maaş artdıqca, istehlak da artır və nəticədə özəl sektorun gəlirlərini çoxaldır. Bu, həmçinin özəl sektorda çalışanların maaşlarının artması və yeni iş yerlərinin artırılması baxımdan da maliyyə baza formalaşdırır. Digər tərəfdən, minimum əməkhaqqı sadəcə dövlət sektorunda çalışanlar üçün deyil, bütövlükdə ölkə üzrə tətbiq olunur. Bu isə o deməkdir ki, özəl sektorda da gələn aydan 300 manatdan az əməkhaqqı vermək mümkün olmayacaq".
V.Bayramov qeyd edib ki, sosial paket aqrar sektorda çalışan və pay torpağı olanlar üçün yeni məşğulluq imkanları təklif edir: "Belə ki, gələn aydan etibarən mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan vətəndaşlarımızın haqqı ödənilən ictimai işlərə, habelə özünüməşğulluğa cəlb olunması nəzərdə tutulur. Yəni, əvvəllər özünüməşğulluq və digər aktiv sosial proqramlarda iştiraka mane olan "pay torpağı sahiblik" artıq əngəl olmayacaq. Pay torpağı olanlar da pulsuz aktivlərə, o cümlədən sosial iş yerlərinə müraciət edə biləcəklər. Digər tərəfdən, istehlakın artması kənd təsərrüfatı məhsullarına tələbə də təsir göstərəcək.
Bütövlükdə, dövlət sektorunda əhatəli sosial proqramlar özəl sektorun inkişafına da xüsusi təkan verir. Bu baxımdan, gələn il Azərbaycanda istehlakın, o cümlədən xidmətlərə tələbin artacağı gözlənilir".
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı
-
İnanc20 Mart 18:00Tüstüdən gələn mistik güc: Cansız daş da can tapa bilər, əgər...
-
Nida Xəbər 20 Mart 17:06Mehriban Əliyeva xalqımızı bayram münasibətilə təbrik etdi




















.jpg)














.jpg)

