Sosial
Sosial şəbəkələrin boşanmalara böyük təsiri var - Deputat
Fikrimcə, klassik ailə modelini bərpa etmək missiyasını yerinə yetirmirik. Tədqiqatlardan da göründüyü kimi, ailə münasibətlərini araşdırma imitasiyasından uzaqlaşa bilsək, daha böyük məsafə qət edə bilərik. İmitasiya nədən ibarətdir? İlk olaraq deyim ki, sağlamlıqla bağlı imitasiya var. Uşaqların məcburi dispanserizasiyasını normal həyata keçirə bilmədiyimizə görə, gələcək ailələrin problemlərini əvvəlcədən hazırlayırıq. Ailənin ilk problemi sağlamlıqla bağlıdır. İkincisi, təhsil imitasiyası bizə imkan vermir ki, mədəni ailə modelinə keçid edək.
Publika.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa Azərbaycanda mövcud ailə münasibətləri: "Sosial-Psixoloji Təhlil" ictimai rəy sorğusu və sosioloji tədqiqatın nəticələrinə dair konfransda deyib.
Onun sözlərinə görə, bu gün iki ailə bir-biri ilə mədəni səviyyədə müzakirə apara bilmirsə, bu, təhsil səviyyəsinin yaratdığı problemlərdəndir: "Üçüncü problem isə tipik şəhər və kənd mədəniyyətinin ortadan qalxmasıdır. Azərbaycanda şəhərdə gecəqondu mədəniyyəti şəhər mədəniyyətini üstələyir. Kənddə isə şəhərdəki imitasiya kənd həyatını üstələyir. Ailə kiçik dövlətdir deyirik. Əslində, bu gün sosial şəbəkələr nəticəsində qapalı ailə modelindən açıq ailə modelinə keçməyə məcbur oluruq. Bu gün qapalı mühitdən çıxan ailə açıq rəqabətə dayana bilmir".
Millət vəkili bildirib ki, sosial şəbəkələrin boşanmalara böyük təsiri var: "İnsanlar fikirlərini, hislərini virtual mühitdə lazımi səviyyədə ifadə etmədiklərinə görə ailədə problemlər yaşanır. Amma bu, sosial şəbəkənin günahı deyil. Məsələn, sosial şəbəkələr elmi tədqiqatın, Kolumbiyada narkotikanın, Azərbaycanda da qeybətin inkişafına təsir edir. Biz sosial şəbəkələrdə artıq mədəniləşmə amilini inkişaf etdirə bilmirik. Mədəni insanlar virtual mühitdən uzaqlaşmağa başlayıb. Burada dedi-qodu, gəvəzəlik, lağlağı ilə məşğul olanların sayı artıb. Ailə dəyərlərini də bu cür açıqlığa çıxaranda onun necə idarə olunacağı, hansı istiqamətə doğru irəliləyəcəyi müəmmalı qalır".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


































.jpg)
.jpg)
