Sosial
Tələbə inşaat dəstələri yaradılsın və Qarabağa göndərilsin - Aqil Abbasdan TƏKLİF
“Mənim İdman və Gənclər nazirinə təklifim var. Vaxtı ilə Azərbaycanda tələbə inşaat dəstələri yaradılıb. Mən də bu qrupların tərkibində olmuşam. Ümumiyyətlə, belə qruplar ilk olaraq bizdə yaradılmışdı. İndi niyə yaradılmasın?”
Publika.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Aqil Abbas deyib.
Deputat bildirib ki, tələbə inşaat dəstələri yaratmalıyıq: “Niyə bizim gənclər Qarabağ uğrunda gedib könüllü canından keçir, qazi ola bilir, amma gedib Qarabağda böyük bərpa-inşaat işlərində könüllü iştirak etmirlər? Bunu təşkil etmək lazımdır. Maaş da alarlar. Onsuz da Qarabağda böyük inşaat işləri həyata keçirilir. Tələbələr iki ay bekar gəzənə qədər Qarabağın qurulmasına fəal iştirak edə bilərlər. Bu 10 min işçi qüvvəsi deməkdir, az deyil. Hələ yay tətilinə zaman var. Belə qrupların yaradılmasının strukturu da var. Komsolmolun sənədləri yəqin ki, arxivlərdə qalır”.
Aqil Abbas hesab edir ki, nazirlik bu məsələyə diqqət ayırmalıdır.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)