Moskvada azərbaycanlı qadınların macərası: gün ərzində 3-4 kişi ilə...
Bizi izləyin

Sosial

Moskvada azərbaycanlı qadınların macərası: gün ərzində 3-4 kişi ilə...

Gəncə şəhər sakini, 1980-cı il təvəllüdlü Samirə iki qadını aldadaraq Moskvaya aparıb və orada cinsi istismara məruz qoyub.

Publika.az teleqraf.com-a istinadən xəbər verir ki, Samirə Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin 2010-cu il 5 noyabr tarixli hökmü əsasında Cinayət Məcəlləsinin 144-1.2.2.-ci (təkrar insan alveri törətmək) və 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) maddələri ilə təqsirli bilinib, əmlakı müsadirə olunmamaqla 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Buna baxmayaraq o, 2012-ci il noyabrın sonlarında Leyla (zərərçəkmişlərin, onların ailə üzvlərinin adları şərti verilib - red.) ilə mobil telefon əlaqəsi saxlayıb. Onu Moskva şəhərində işə düzəldəcəyi adı ilə aldadıb, cinsi istismar məqsədi ilə ölkədən xaricə aparıb.

Leyla onunla Moskvaya getməyə razılıq verdikdən sonra yol bileti alıb, 2012-ci il dekabrın 3-də Gəncə hava limanından keçərək Moskva şəhərinə getməsini təşkil edib. Leylanı 2013-cü il fevralın 28-dək həmin şəhərdəki müxtəlif ünvanlarda öz nəzarəti altında pul ödənişləri müqabilində kişi müştərilərlə görüşdürüb.

Bundan başqa, Samirə 2014-cü il iyunun sonlarında Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində ünvanı tam bəlli olmayan mənzildə kirayədə yaşayan Xumarı Moskva şəhərində işə düzəldəcəyi adı ilə həmin ölkəyə aparıb. Orada Xumarı müxtəlif kişilərlə görüşdürüb, pul müqabilində cinsi əlaqədə olmasına şərait yaradıb.

Hər iki zərərçəkmiş Azərbaycana qayıtdıqdan sonra İnsan Alveri Baş İdarəsinə müraciət ediblər. Müraciət əsasında Samirənin barəsində axtarış elan olunub. O, 2019-cu ilin dekabrın 17-də həbs olunub.

İstintaq orqanı tərəfindən Samirənin barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-1.2.2-ci (təkrar insan alveri törətmək) və 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Samirə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Leyla və Xumarı yaşadığı Gəncə şəhərindən tanıyır: "Onlar mənə dolanışıqları olmadığını bildirdilər. Mən də Moskva şəhərində qadınların fahişəliyə cəlb edilməsi ilə məşğul olduğumu dedim. Heç bir etiraz etmədi, Rusiyaya getmələrinə kömək etdim, onları fahişəliyə cəlb etdim.

Razılaşmaya əsasən, müştəriləri qadınlarla tanış edərək cinsi əlaqədə olduqdan sonra alınan pulun 10-20 faizi mənə çatıb. Axırıncı dəfə Xumarı fahişəliyə cəlb etmişəm. Bundan sonra onlarla əlaqəm olmayıb. İstintaqa dəvət edilərkən Moskva şəhərində olmuşam. Səhhətimdə problemlər olduğu üçün həmin zaman Azərbaycana gələ bilməmişəm.

Həyatımı dəyişmişəm, normal işdə işləyirəm. Qeyri-rəsmi nikahda yaşamışam, əvvəllər insan alverinə görə məhkum edildiyimdən yenidən tutulacağımdan qorxmuşam".

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Leylanın sözlərinə görə, 2012-ci il noyabrın ortalarında Samirə ilə tez-tez "skayp" vasitəsilə əlaqə saxlayıb: "Samirə məni Moskva şəhərinə dəvət etdi, mənim üçün şərait yaradacağını söylədi. Onunla razılaşdım. Samirənin aldığı təyyarə bileti ilə 2012-ci il dekabrın 3-də Gəncə hava limanından Moskva şəhərinə uçdum.

Samirə məni qarşıladı, hansısa bina evinin birinci mərtəbəsindəki mənzilə apardı, orada tanımadığım bir neçə nəfər qadınla görüşdürdü. İki-üç gündən sonra Samirə evin kirayə pulunu ödəməkdə çətinlik çəkdiyini, məni müxtəlif saunalarda fahişəliyə cəlb edəcəyini söylədi.

Samirəyə etiraz etdim, evdən çıxmaq istədiyimi dedim. Samirə çəkdiyi xərcləri ödəməyimi tələb etdi. Məcburiyyət qarşısında qalaraq könülsüz şəkildə razılaşdım".

Leyla qeyd edib ki, bundan sonra Samirə onu və Mətiş ləqəbli qadını özü ilə birlikdə saunaya aparıb: "Məni cinsi əlaqədə olmaq üçün kişi müştərilərinə təqdim etdi. Eyni qaydada Samirənin təşkilatçılığı ilə gün ərzində 3-4 kişi müştəri ilə intim münasibətdə olmuşam. 2013-cü il fevralın 28-dək cinsi istismara məruz qalmışam. Bir gün əvvəl Samirəyə azyaşlı qızımı anamın yanında qoyaraq gəldiyimi, onlara pul aparmalı olduğumu bildirdim. Bundan sonra Samirə mənə pul verdi, bilet aldı. Növbəti gün Azərbaycana qayıtdım".

Leyla qeyd edib ki, təqsirləndirilən şəxslə barışıb, ona qarşı şikayəti yoxdur.

Digər zərərçəkmiş Xumarın sözlərinə görə, Gəncə şəhərindən qonşusu Samirə 2014-cü il mayın ortalarından onun "Facebook" sosial şəbəkəsindəki profilinə mesaj yazıb və mobil telefon nömrəsini verib:

"Samirə mənim maddi vəziyyətimlə maraqlandı, Moskva şəhərində bizneslə məşğul olduğunu bildirdi. Ondan məni də işə düzəltməsini xahiş etdim. Samirə məni tanış restoranlardan birində inzibatçı kimi işə düzəldəcəyini vəd etdi. Onun göndərdiyi pulla təyyarə bileti aldım və 2014-cü il iyunun 25-də Moskva şəhərinə uçdum.

Məni qarşılayan Samirə öz yaşadığı mənzilinə apardı. Sonra imkanlı və nüfuzlu tanışları olduğunu, tapdığı müştərilərlə cinsi əlaqədə olmaq yolu ilə pul qazanacağımı söylədi. Etiraz etməyimə baxmayaraq Samirə mənə qulaq asmadı.

Başqa işlə təmin edə bilməyəcəyini, ya fahişəliklə məşğul olmağımı, ya da məni çölə atacağını dedi. Məcburiyyət qarşısında qaldığımdan bir həftə ərzində Samirə məni müxtəlif otellərə apardı, fahişəliyə cəlb etdi. Samirə ilə tez-tez mübahisə etdim, məni buraxmasını tələb etdim. Bu səbəbdən Samirə məni 2014-cü il iyulun 8-də Bakı şəhərinə yola saldı".

Xumar ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığı üçün şikayətçi olmadığını deyib.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Samirə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm