Sosial
600-dan çox internat məzunu mənzil alıb
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş internat məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması qanunvericiliyə uyğun həyata keçirilir.
Bir neçə il əvvəl Abşeron rayonunda 3 yaşayış binasından ibarət mühüm sosial layihə - “Məzun evi” sosial xidmət müəssisəsi layihəsi həyata keçirilib ki, bu mənzillər də internat məzunlarına təqdim edilib.
Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, agentlik “Məzun evi”ndə 360-dan çox mənzili məhz internat məzunlarına təqdim edib.
2021-ci ildən də bu tədbirlər davam etdirilib. Sosial Xidmətlər Agentliyi dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum şəxslərə mənzillər təqdim edir. Bu müddət ərzində Abşeron rayonundakı yaşayış kompleksində 200-dən çox, ümumilikdə isə 600-dan çox internat məzununa mənzillər təqdim edilib və bu proses hazırda da davam etdirilir. Bu isə öz növbəsində dövlətimizin bu kateqoriyadan olan vətəndaşlarımıza qayğısının bariz nümunəsidir.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)