Sosial
Ruslan Əliyev Şirvanda vətəndaşları dinlədi - FOTO
SOCAR “Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin qəbul qrafikinə uyğun olaraq Şirvan şəhər Gənclər Evində Şirvan, Hacıqabul və Salyan rayon sakinləri ilə görüşüb.
Bu barədə Publika.az-a İstehsalat Birliyindən məlumat verilib.
Salyan Regional qaz istismarı İdarəsinin rəhbərliyinin də iştirak etdiyi qəbulda Ruslan Əliyev 16 sakinin müraciətini dinləyib, şikayətinə baxıb. Qəbul zamanı qaz xəttinin yerinin dəyişdirilməsi, qaz sayğacının quraşdırılması, yaşayış məntəqəsinin, eləcə də fərdi mənzillərin qazlaşdırılması və s. bu kimi müraciətlər olunub.
Qəbulda qaldırılan məsələlərin çoxunun icra olunmasına elə yerindəcə göstəriş verən baş direktor digər məsələlərin araşdırılması və lazımi köməkliyin göstərilməsi üçün Birlik əməkdaşlarına tapşırıqlarını verib.
Qeyd edək ki, Birliyin səlahiyyətinə aid olmayan digər müraciətlər aidiyyatı orqanlara çatdırılması üçün qeydiyyata alınıb.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)