Sosial
Rusiyalı alimlərdən İlham Rəhimova təbrik məktubu
Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyinin nəzdindəki Rusiya Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun Ural bölməsi həmvətənimiz İlham Rəhimovun ünvanına təbrik məktubu göndərib.
Publika.az xəbər verir ki, təbriknamədə bildirilir:
“Hörmətli İlham Məmmədhəsən oğlu!
Rusiya Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun Ural bölməsinin rəhbərliyi və elmi şurası adından Sizin Rusiya EA-nın üzvü seçilməyiniz münasibətliə səmimi təbrikimizi qəbul edin. Bu, cinayətkarlığın cəzalandırılması, məhkəmə proqnozlaşdırılması, məhkumlara islah-əmək və ölüm hökmü institutunun tətbiq olunması, məhkəmə sistemindəki islahatlar və cinayətkarlıqla mübarizə proqramına dair konsepsiyaların işlənib hazırlanması üzrə mürəkkəb, fundamental, nəzəri və praktiki problemləri ehtiva edən dünya krimoinologiya və penologiya elminə verdiyiniz böyük araşdırmaçılıq töhfəsinin layiqli və ədalətli qiymətidir. Sizin elmi əsərlərinizlə bütöv bir gənc alim-kriminoloqlar və psixoloqlar nəsli, eləcə də bizim institutumuzun əməkdaşları yetişiblər.
Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, rifah və yaradıcılıq uğurları arzulayırıq”.
Təbrik məktubunu REA-nın Fəlsəfə və Hüquq İnstitutunun Ural bölməsinin direktoru V.S.Martınov və institutun elmi şurasının sədri V.N.Rudenko imzalayıblar.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


































.jpg)
.jpg)
