Sosial
Şəhid övladları “Əmanət” yay düşərgəsinə cəlb olundu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Vətən Müharibəsi şəhidlərinin övladları üçün Cəlilabadda “Əmanət” adlı yay düşərgəsi təşkil olunub.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, şəhid ailələrinin övladlarının asudə vaxtının səmərəli təşkili məqsədi daşıyan düşərgədə həmin rayondan olan 25 şəhid uşağı iştirak edib.
İştirakçılar Cəlilabad şəhərinin mərkəzində beş hektar sahədə yerləşən “Heydər Əliyev seyrəngahı” ilə tanış olub, Heydər Əliyev Mərkəzində şəhidlərimizin fotolarından ibarət guşəni ziyarət ediblər.
Ötən həftədən etibarən fəaliyyətə başlayan “Əmanət” yay düşərgəsinə Lənkəran və Cəlilabaddan ümumilikdə 50-yə yaxın şəhid övladı cəlb olunub.
Düşərgələrin növbəti mərhələdə digər rayonlarda da təşkil olunması nəzərdə tutulub.
-
Avropa22:12Papa əməliyyat olundu
-
İdman22:00“Sabah” “Slaviya”nı məğlub edir - CANLI/YENİLƏNİR
-
Art21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”








.jpg)























