Sosial
10 ailə doğma yurdları Ağalıya çatdı - ƏN YENİ TARİX - FOTO
İşğaldan azad edilən Zəngilan rayonunun Ağalı kəndindən olan 58 nəfərdən ibarət 10 ailə artıq doğma yurduna çatıb.
Publika.az-ın məlumatına görə, sakinlər hazırda dövlətin onlar üçün tikdiyi evlərə baxış keçirirlər.
Doğma yurdlarına çatan və onlar üçün tikilən evlərlə tanış olan hər bir Ağalı sakininin üzündə xoşbəxtlik və sevinc hissinini görmək olar. İnsanlar bir-birilərinə sarılaraq bu xoşbəxt anları yaşayırlar.
Bu ayın sonuna qədər ümumilikdə 201 sakinin - 41 ailənin Ağalıya yerləşdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Ağalıya köç bu gündən başlayıb. İlkin olaraq müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar seçilib. Onların arasında 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin hər birinin sakinləri var.
Xatırladaq ki, bu il mayın 27-də Ağalı kəndində “Ağıllı kənd” layihəsinin I mərhələsi üzrə açılış mərasimi olub. Kənddə müasir şəhərsalma standartları tətbiq olunub. "Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir".
Akqabay Mıradov
-
Elm və təhsil08:4515 sentyabrda məktəblərin qarşısında nə baş verəcək? - Valideynlərin nəzərinə
-
ABŞ08:30Tramp: Kanada ABŞ ştatına çevrilməlidir
-
İdman07:15“Tottenhem” böhranda: 332 milyon funt xərcləndi, amma qələbə və qol yoxdur
-
ABŞ02:4411 sentyabr terror aktının pərdəarxası: MKİ 71 məxfi sənədi yayımladı
-
Qoroskop01:40Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
ABŞ00:27ABŞ qüvvələri hərəkətə keçdi - Gecə əməliyyatına hazırlıq gedir
-
Elm və təhsil11 Sentyabr 21:51Azərbaycanda universitetlər 3 illik olacaq? - Açıqlama
-
Hadisə11 Sentyabr 19:20Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar






.jpg)
.jpg)


.jpg)


.jpg)





















