Sosial
İntihara cəhd etmiş şəxsi fetişləşdirmək olmaz - EKSPERT RƏYİ
Gürcü psixoloq: “Hərbçilər arasında intihar riskinin aşkarlanması üçün vaxtaşırı müayinələr təyin edilməlidir”
“2008-ci ildə baş vermiş Rusiya-Gürcüstan müharibəsində hərbi əməliyyatlarda iştirak etmiş gürcü hərbçilər bu gün də ehtiyacdan asılı olaraq psixoloji və fiziki reabilitasiya kursu keçirlər”.
Publika.az xəbər verir ki, bunu Gürcüstanın Müdafiə Nazirliyinin Sosial Məsələlər və Psixoloji Təminat Departamentinin Psixoloji dəstək şöbəsinin müdiri Nita Çabaşvili deyib.
Onun sözlərinə görə, avqust müharibəsindən sonra hərbçilər arasında intihar halları çox olmayıb: “Bununla bağlı konkret statistika yoxdur. Risk var idi, lakin başa çatdırılmış intiharlar qeydə alınmayıb”.
Psixoloq gürcü hərbçilər arasında “Vyetnam sindromu”nun əlamətlərinə rast gəlinib-gəlinmədiyi sualına cavabında deyib ki, bu cür stress pozğunluğu müşahidə olunmayıb: “Vyetnam sindromu” indi postravmatik stress pozğunluğu adlandırılır. Hazırda hərbçilərimiz arasında bu cür pozğunluq halları yoxdur. Bu pozğunluğa xas bəzi simptomlara əsasən Əfqanıstanda missiyalarda iştirak etmiş hərbi qulluqçular arasında rast gəlinir. Simptomlara yuxusuzluq, qıcıqlanma, pis əhval-ruhiyyə və digərləri daxildir. Lakin açıq-aydın postravmatik stress pozğunluğunun müşahidə edildiyini və bu haldan əziyyət çəkən hərbçilərin sayının çox olduğunu demək olmaz”.
N.Çabaşvilinin fikrincə, müharibə iştirakçıları üçün psixi sağlamlıqla bağlı xidmətlərin əlçatan olması vacibdir: “Psixi pozğunluq hallarının vaxtlı vaxtında üzə çıxarılması, psixi durumun qiymətləndirilməsi və müvafiq müalicənin təyinatı həm psixiatr, həm də psixoterapevt tərəfindən aparılmalıdır. Müalicə prosesi bu iki mütəxəssisin əməkdaşlığı ilə həyata keçirilməlidir”.
Ekspert müharibədən qayıtmış hərbçilər arasında intihar hallarının qarşısını almaq üçün görülməli olan preventiv tədbirlərdən də danışıb: “Qabaqlayıcı tədbirlərə psixi xəstəlikər və intiharlar haqqında məlumatlılığın artırılmasının daxil edilməsi çox vacibdir. Hərbçilər vaxtaşırı müayinələrdən keçirilməli, intihar riskinin aşkarlandığı halda müvafiq müalicə təyin olunmalı və preventiv tədbirlər zamanı intiharla bağlı stiqma azaldılmalıdır”.
Şöbə müdirinin sözlərinə görə, intiharın üç - prevensiya, intervensiya, postvensiya mərhələsində hər bir addım ehtiyatla atılmalıdır: “İlk mərhələdə intihar riskinin aşkarlandığı zaman müdaxilə tədbirləri görülməli, atılacaq addımlar müəyyən edilməlidir. Bu halda psixoloqlar müdaxilə edib müalicə təyin edirlər. Postvensiya mərhələsi intihara səbəb və cəhd olandan sonra başlayır və növbəti halın baş verməməsi üçün tədbirləri əhatə edir. Bu informasiyanın ailə üzvlərinə, döyüşçü yoldaşlar arasında necə yayılacağı çox önəmlidir”.
Psixoloq bildirib ki, hərbçilər arasında baş verən intihar hallarının mətbuatda işıqlandırılması məsələsinə xüsusi diqqətlə yanaşılmalıdır: “Təəssüflər olsun ki, bəzi hallarda intihara cəhd etmiş şəxsi populyarlaşdırırlar və fetişləşdirirlər. Bu cür hallar olmamalıdır və bu məsələyə böyük diqqət ayırmaq lazımdır. Bu cür məlumatların hansı çərçivələrdə işıqlandırılması və yayılmasını düzgün anlamaq tələb olunur”.
Mütəxəssis qeyd edib ki, postvensiya mərhələsinə həmçinin intihara cəhd etmiş şəxslə bilavasitə kontakda olan və bu vəziyyətlə üzləşmiş digər insanlarla da iş aparmaq daxildir: “Özünü öldürmə hallarının qarşısının alınması ilə bağlı proqramı həm orduda, həm də cəmiyyətdə tətbiq etmək lazımdır. Gürcüstanın Müdafiə Nazirliyinin Sosial Məsələlər və Psixoloji Təminat Departamenti hərbi qulluqçulara psixoloji xidmətlər təqdim edir. Müdafiə Qüvvələrinin özündə də psixi sağlamlıq xidmətləri olmalıdır. Bu xidmətlər hərbi qulluqçular və onların ailə üzvlərinin psixoloji yardım alması üçün çox önəmlidir. Dövlət tərəfindən qayğı sayəsində vaxtında müdaxilə nəticəsində intihar riskləri azalır. Gürcüstan ordusunda istənilən hərbçi və onun ailə üzvləri psixiatrik reabilitasiya xidmətlərindən istifadə etmək imkanına malikdir. Hərbçilərə qayğı intihar riskini azaltmağa və bu vəziyyətin idarə olunmasına imkan verir”.
(report.az)
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region22 Noyabr 21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art22 Noyabr 21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya22 Noyabr 20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO