Sosial
Qarabağ qazilərinə diqqət daha da artacaq – Ekspert rəyi
Bu gün baş nazir Əli Əsədovun imzaladığı müvafiq qərarla I Qarabağ müharibəsi iştirakçılarına birdəfəlik ödəmələrin verilməsi qaydası təsdiq edilib.
Publika.az xəbər verir ki, Qərara əsasən, "1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası” təsdiq edilib.
Hərbi ekspert Ədalət Verdiyev Publika.az-a açıqlamasında bu qərarı Azərbaycan Prezidenti İlham Əliyevin və I vitse-prezident Mehriban Əliyevanın hər iki Qarabağ müharibəsində iştirak edən, yaralanan və əlil olan şəxslərə göstərdiyi qayğı və diqqətin təzahürü kimi qiymətləndirdi:
“Buna görə cənab Prezidentə və Mehriban xanıma bütün Qarabağ müharibəsi iştirakçıları və qaziləri adından təşəkkür edirəm. Düşünürəm ki, onlara göstərilən diqqət bundan sonra daha da artırılacaq”.
Onun sözlərinə görə, uzun müddətdir ki, sahə ilə məşğul olan ekspertlər, QHT-lər və digər qurumlar bu ödənişlərin artırılması üçün aidiyyəti orqanlara müraciət edirdilər:
“Qərara əsasən, ödəmələr I dərəcə əlilliyə görə 8 800 manat, II dərəcə əlilliyə görə 6 600 manat, III dərəcə əlilliyə görə isə 4 400 manat məbləğində müəyyənləşib.1997-ci ilin avqustun 2-dən sonrakı dövrdə məhdud sayda keçirilən hərbi əməliyyatlarda yaralanan və əlil olan hərbi qulluqçularımız var. Yaxın gələcəkdə onlara da eyni proseslər şamil olunacaq”.
Rövşən Ziya
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur












.jpg)





















.jpg)
.jpg)

