Sosial
Kilosu 4 manata olan kolbasalar... - AQTA buna niyə göz yumur?
“Yay aylarında kimyəvi reaksiyalar güclənir, çünki isti hava katalizator rolunu oynayır. Hər bir qida məhsulu da müəyyən kimyəvi tərkibə malikdir. İstehlak edilən qidada az da olsa problem olarsa, insan orqanizmində fəsadlara yol açır”.
Bunu Publika.az-a Azad İstehlakçılar Birliyinin (AİB) sədri, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ictimai şuranın üzvü Eyyub Hüseynov deyib.
O bildirib ki, bostan məhsullarında problem uzun illərdir yaşanır:
“Uzun llərdir ki, AİB qarpız və yemişin tərkibindəki nitratların miqdarını ölçən cihazlarla yoxlayırdı. Bu il hələ ki, yoxlama aparmamışıq. Qarpız və yemiş nitratlarla zəngindir. Bu da insanlar arasında zəhərlənməyə səbəb olur, eyni zamanda bu məhsulları çox yediyimiz zaman da zəhərlənmə daha da sürətlənir”.

E.Hüseynov qeyd edib ki, qida təhlükəsizliyinin təmin olunması ölkəmizdə ciddi problemdir. O, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) vəziyyətə tam nəzarət edə bilmədiyini söyləyib.
“Baxmayaraq ki, bu qurum tarladan və fermadan istehlakçının masasına qədər olan prosesi izləməlidir. Amma təəssüf ki, bunu edə bilmirlər. AQTA-da İctimai Şuranın üzvü olaraq dəfələrlə sədr müavini səviyyəsində məsələ qaldırmışam ki, KİV-lərdə gedən təhlükəli qidalarla bağlı məsələlər təqib edilsin. Bildirilib ki, bütün bunlar təqib olunur. Amma monitorinqlərimiz göstərdi ki, əslində heç bir iş aparılmır. Hazırda televiziya kanallarında 1 kiloqramı 4 manata olan sosis və kolbasaların reklamı gedir. Qida mütəxəssisləri belə onun tərkibində nəyin olduğunu bilmirlər. Bəs bütün bu halları AQTA niyə araşdırmır? Mediada təhlükəli məhsullarla bağlı xeyli yazı gedir, ancaq AQTA buna göz yumur. Belə bir vəziyyət olduğu halda, təhlükəli qida ilə bağlı vətəndaş hansısa dövlət qurumuna müraciət etsə belə onların heç birinin səlahiyyəti yoxdur ki, bunun qarşısını alsın. Uzun prosedur var, cəld mexanizm yoxdur. Təhlükəli qidaların çox olduğu bir dövrdə ictimai təşkilat olaraq bu vəziyyət bizi narahat edir. Çünki insanlar zəhərlənmənin qurbanı olurlar” – deyə AİB sədri narahatlığını dilə gətirib.
Akqabay Mıradov
-
Magazin102:19Aygün Kazımovanın səhhəti pisləşdi: Konsert təxirə salındı
-
Qoroskop01:40Günün ulduz falı: heç nəyi gizlədə bilməyəcəksiz...
-
ABŞ1 May 23:55Ağ Ev İranla müharibənin bitdiyini bəyan etdi
-
Hadisə1 May 23:15TƏBİB dəhşətli qəzada xəsarət alanların son vəziyyətini açıqladı - Yeniləndi
-
ABŞ1 May 21:26İranın təkliflərindən məmnun deyiləm - Tramp
-
Kriminal1 May 19:00Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanıldı - Foto
-
Hadisə1 May 18:50257 nömrəli məktəbdə nə baş verib? - Polis araşdırır
-
Nida Təhlil 1 May 17:54Azərbaycana qarşı kampaniya: Planlı və koordinasiyalı mexanizm












.jpg)



.jpg)











.png)

.jpg)






