Sosial
Saraydan Bakıya niyə avtobus yoxdur?
Saray qəsəbəsindən Bakıya marşrut avtobuslarının işləməməsi paytaxtda təhsil alan, çalışan sakinlər üçün ciddi problemə çevrilib.
Publika.az xəbər verir ki, Saray qəsəbəsinin sakinləri məsələ ilə bağlı Teleqraf.com-a müraciət ediblər.
Qəsəbənin Heydər Əliyev prospekti, Ömər Xəyyam küçəsi, Badamlıq yaşayış massivinin sakinləri hər gün marşrutsuzluqdan əziyyət çəkir. Onlar həmin istiqamətlərdən paytaxtın metrostansiyalarından birinə gələcək marşurut xəttinin istifadəyə verilməsini tələb edirlər.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi (BNA) ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, adı çəkilən istiqamətlərdə avtobusların hərəkəti onların səlahiyyətində deyil.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomibil Nəqliyyatı Xidmətindən isə bildirildi ki, Saray qəsəbəsindən Bakı istiqamətinə Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Saray - Sumqayıt marşrut xəttində 503 nömrəli avtobus fəaliyyət göstərir: Qurumdan verilən məlumata görə, hazırda bu xətdə hər gün 11 avtobus 8-10 dəqiqə intervalla hərəkət edir:
"İctimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin təhlükəsizlik və keyfiyyət baxımından yüksək standartlara çatdırılması məqsədilə hazırda marşrut xətləri şəbəkəsinin optimallaşdırılması üzrə işlər aparılır. Paralel, bir-birini təkrarlayan marşrut xətləri birləşdirilir, marşrut xətlərinin hərəkət sxemlərində dəyişikliklər edilir.
Yeni marşrut xətlərinin açılması sərnişin axınının intensivliyi və marşrut şəbəkələrinin optimallaşdırılması nəzərə alınmaqla “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur".
Ümidvarıq ki, yaxın zamanda Saray sakinlərinin gediş-gəliş problemi öz həllini tapacaq.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)