Sosial
Xarici jurnalistlərin akkreditasiyası ilə bağlı qərar
Azərbaycanda xarici media nümayəndələrinin akkreditasiyasından hansı hallarda imtina olunacağı açıqlanıb.
Publika.az xəbər verir ki, bu, Xarici İşlər Nazirliyinin Kollegiyasının təsdiqlədiyi “Azərbaycan Respublikasında xarici media nümayəndələrinin akkreditasiyası Qaydaları”nda əksini tapıb.
Sənədə əsasən, xarici media nümayəndələrinin akkreditasiyasından aşağıdakı hallarda imtina olunur:
1. təqdim edilmiş sənədlər bu Qaydaların 2.1-ci bəndinə uyğun olmadıqda;
2. saxta və ya yanlış məlumat təqdim edildikdə;
3. xarici media nümayəndəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müvafiq tələblərə riayət etmədən Azərbaycan Respublikasının ərazisinə daxil olduqda və ya əvvəllər daxil olması barədə məlumatlar mövcud olduqda;
4. xarici media nümayəndəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünə, müstəqilliyinə, mənafeyinə və suverenliyinə qarşı fəaliyyəti aşkar edildikdə.
Akkreditasiya olunmuş xarici media nümayəndələri akkreditasiya kartını XİN-dən şəxsən təhvil alırlar. Akkreditasiya kartı başqa şəxsə verilə bilməz.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


































.jpg)
.jpg)
