Sosial
Cəlilabadlıların qaz təchizatı ilə bağlı problemləri dinlənildi - FOTO
SOCAR “Azəriqaz” İstehsalat Birliyinin regionlarda vətəndaşlarla görüşü davam edir.
Publika.az “Azəriqaz”a istinadən xəbər verir ki, növbəti “Səyyar qəbul otağı” Cəlilabad rayonunda qurulub.
Aksiyaya rayonun Dələli, Kövüzbulaq, Edişə, Şatırlı, Mikayıllı, Zərbəli, Mirzəli, Lallar, Ləkin, Zəhmətoba, Musalı, Şükürlü, Kürdlər, Sadatlı kəndlərindən üz tutan sakinlər qaz təchizatı ilə bağlı problemlərindən söz açıblar. Daxil olan müraciətlər əsasən qazlaşmayan kəndlərin mavi yanacaqla təmin olunması, qazlaşan kəndlərin isə genişlənən hissələrinə (yeni yaşayış massivlərinə) təbii qaz çəkilişi ilə bağlı olub.
Bundan əlavə, qapı keçidinin quraşdırılması, qaz xəttinin yerinin dəyişdirilməsi, fərdi yaşayış evinə quraşdırılan sonradan ödənişli sayğacın əvvəlcədən ödənişli sayğacla əvəz olunması ilə bağlı müraciətlər də daxil olub. Aksiyada iştirak edən 35-dək sakinin hər birinin müraciəti Birliyin Lənkəran Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb.
Bəzi müraciətlərin yerindəcə baxılmasına dair tapşırıq verilib.
-
Avropa18:00Ukrayna səfiri XİN-ə çağırıldı - Türkiyə etiraz və xəbərdarlıq etdi
-
Hadisə17:42Rəis generalın qızına görə işdən azad edildi - FOTO
-
Sağlamlıq17:26Bu qidalar kişilərdə xərçəng riskini xeyli artırırmış - ARAŞDIRMA
-
Dünya16:44Daşqın qurbanlarının sayı 700-ə çatır - 2500 nəfər itkindir(YENİLƏNDİ)
-
İdman15:32Bakıda leysan yağacaq, bölgələrdə dolu düşəcək - XƏBƏRDARLIQ
-
Sağlamlıq15:14Xərçəng hüceyrələrinə ciddi təsir edən bitki növü tapıldı
-
MDB13:20Putinin müşaviri: "Avropa qlobal periferiyaya çevriləcək!"
-
Ekologiya12:39Sabah bu ərazilərə yağış yağacaq - HAVA PROQNOZU






















.jpg)











.jpg)

.jpg)