Sosial
Bakı Gömrüyündə yeni təyinatın ilk fəsadı
Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini İsmayıl Hüseynov Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icrasına başlayıb.
Publika.az xəbər verir ki, İ.Hüseynovun ilk işi ölkəyə mal gətirən iş adamları ilə geniştərkibli görüş keçirmək olub.
İ.Hüseynov iş adamlarına bildirib ki, gömrük bəyannaməsində mal-məhsulun alış qiymətini gizlətməyə çalışanlara 10%-lik cərimə tətbiq ediləcək.
Qeyd edək ki, bu “cəza növü” qanunvericilikdə nəzərdə tutulmayıb və iş adamlarını hər zaman narazı salan məsələ də məhz gömrük bəyannaməsində məhsulun qiymətinin göstərilməsidir.
Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri təyin edildikdən sonra “yeni qaydalar” müəyyən edilmişdi, qiymətləri gömrükçülər özləri təyin edirdilər. Bunun üçün isə yerli bazardakı topdansatış məzənnə əsas götürülürdü. Məsələn, ölkəyə idxal edilən yağın qiyməti hər dəfə ölkə daxilindəki topdansatışa uyğunlaşdırılırdı. İş adamı isə yeni qiymətlə malı rəsmiləşdirdikdən sonra topdansatış məntəqələrinə məhsulu verərkən, öz qazancını əlavə etməli olurdu. Beləliklə, topdansatışda yeni qiymətlər yaranırdı və Gömrük Komitəsi növbəti dəfə yeni qiymətlərlə məhsulu rəsmiləşdirirdi. Nəticədə hər ay daxili bazarda məhsul bahalaşması müşahidə edilməyə başlamışdı.
İ.Hüseynovun iş adamlarına xəbərdarlığından belə bəlli olur ki, eyni prosesin davam etməsi ehtimalı var.
(Axar.az)
-
Hadisə08:48Lökbatanda dəhşətli qəza: Tanınmış teleaparıcı həyatını itirdi
-
Avropa07:55Mafiya ilə bağlı qalmaqallı istintaq: Keçmiş polis rəisi intihar etdi
-
ABŞ05:45Tramp Ukrayna ilə bağlı mühüm qərar verməyə hazırlaşır? - Kuşner açıqladı
-
Dünya04:30Ölüm saçan pullar peyda oldu: toxunanlar zəhərlənir
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər






.jpg)








.jpg)



















