Sosial
Kəlbəcərdə filiz yataqlarında qiymətləndirmə aparıldı
Mineral xammal bazasının gücləndirilməsi məqsədilə bu ilin 8 ayı ərzində Kiçik və Böyük Qafqaz filiz rayonlarında, eləcə də Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında geoloji-kəşfiyyat işləri aparılıb.
Publika.az bildirir ki, bunu Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib.
O qeyd edib ki, ötən müddət ərzində Kiçik və Böyük Qafqaz filiz rayonları üzrə Göygöl, Buzluq, Küngüt sahələrində, Kəlbəcər və Laçın rayonu ərazilərində filiz və qeyri-filiz yataqlarında geoloji diaqnostika və qiymətləndirmə işləri həyata keçirilib.
Eyni zamanda zəngin termal mineral suların yayıldığı Yuxarı və Aşağı İstisu, Minkənd, Tutxun, Mozçay, Qarasu yataqlarında hidrogeoloji monitorinq icra edilməklə, ötən 30 il ərzində regionun hidrorejimində baş vermiş dəyişikliklər müəyyənləşdirilib.
Yeraltı suların kadastrının tərtib edilməsi üzrə Füzuli və Ağdam rayonları ərazilərində 800-dən artıq quyu və 59 kəhrizin təftişi aparılaraq kadastra daxil edilib.
Ə.Əliyevin sözlərinə görə, hazırda bütövlükdə cənub bölgəsində geoloji, Cəlilabad-Masallı zonasında isə hidrogeoloji planaalma işləri, eləcə də respublika ərazisində regional şəbəkə üzrə yeraltı suların monitorinqi davam etdirilir.
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi










.jpg)

























.jpg)


