Sosial
Nazirdən 13 yaşlı qızın körpə dünyaya gətirməsinə münasibət
Elm və təhsil naziri Emin Əmrullayev Bakıda 13 yaşlı məktəbli qızın körpə dünyaya gətirməsi və bu dövrdə məktəbdən yayınması məsələsinə münasibət bildirib.
Publika.az xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında məsələ ilə bağlı istintaq orqanları tərəfindən araşdırılma aparıldığını xatırladıb.
O qeyd edib ki, bu, nazirliyin səlahiyyətinə aid olan məsələ deyil: "Araşdırma aparıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək. Əgər bizimlə bağlı olan məsələ olsa, ölçü götürəcəyik".
Qeyd edək ki, ötən gün saat 13:30 radələrində Sabunçu rayonundan ev şəraitində doğuş hadisəsinin baş verməsi ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub. Təcili tibbi yardım briqadası tərəfindən 2009-cu il təvəllüdlü anaya doğuş sonrası ağırlaşmanın qarşısını almaq məqsədilə ilkin tibbi yardım göstərilib. Daha sonra təcili tibbi yardım avtomobili vasitəsilə yenidoğulmuş oğlan uşağı və zahı qadın TƏBİB-in Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna hospitalizasiya olunub. Hazırda ana və körpənin vəziyyəti stabildir, tibb müəssisəsində müalicələri davam etdirilir. Uşağın çəkisi 3 600 qramdır. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.
-
Avropa14:45NATO-dan Rusiyaya mesaj: Son 20 ilin ən böyük hava-desant əməliyyatı keçirildi
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Magazin214:09Məşhur aktrisa çimərlikdən elə görüntülər paylaşdı ki... - Foto
-
Magazin213:40Güllə yarası alan reper öldü - İntihar edib?
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO



































