Sosial
Əsabil Qasımovun tikdirdiyi yaşayış binası sökülür - FOTO/YENİLƏNDİ
Vətəndaşların şikayəti əsasında iki hündürmərtəbəli binanın yaxınlığında aparılan tikintiyə baxış keçirilib və qanunsuz tikinti aşkarlanaraq söküntü qərarı verilib. Hazırda söküntü işləri gedir.
Publika.az xəbər verir ki, bunu Fövqaladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Faiq Sadıqov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, göstəriş və qərarlara əməl edilmədən tikinti işləri aparıldığı üçün söküntü həyata keçirilir:
“Söküntü Nəsimi Rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə həyata keçirilir. Torpağın kupçasını və ya hər hansı bir şəhadətnaməsinin olmasına baxmayaraq, razılaşdırılmış tikinti qanunlarına uyğun həyata keçirilməlidir. Tikintinin birinci mərtəbəsində tikinti layihədən kənar həyata keçirilib. Ona görə də söküntü işlərinin aparılmasına qərar verilib”.
xxx
14:17
Bakıda tikilməkdə olan çoxmərtəbəli yaşayış binası qanunsuz olduğuna görə sökülür.
Publika.az xəbər verir ki, hadisə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 998-cı məhəllə (Nəsimi rayonu, Abbas Səhhət küçəsi 13k) ünvanında yerləşən, 19 mərtəbəli “Altes Park” yaşayış kompleksinin yanında qeydə alınıb.
Hazırda əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) əməkdaşları gəlib və tikilmiş iki mərtəbənin söküntüsünə başlanılıb.
Sosial şəbəkələrdə yayılan iddialara görə, tikili sabiq deputat Əsabil Qasımova məxsusdur.
-
Dünya16:07Ermənistan və Azərbaycandan olan iş adamları artıq birbaşa işləyə bilərlər - Paşinyan
-
Hadisə15:44Milli Onkologiya Mərkəzində partlayış: Ölən və yaralanan var
-
Dünya15:131700 illik xəzinə tapıldı - 50 kiloqram qızıl dəyərindədir
-
Magazin114:16Nadir Qafarzadə: “Mən artıq getdim”
-
Nida Xəbər 12:59Əli Əsədov qərar imzaladı
-
İdman10:40AFFA milliyə əcnəbi məşqçi gətirir: Ayxan Abbasov əl-ayağa düşüb
-
Dünya10:08ABŞ Almaniyadan çəkilir, Rusiyadan reaksiya gəldi: “Qara ləkə”
-
Nida Xəbər 09:56Azərbaycanda maaş sistemində mühüm yenilik...

















.png)

.jpg)














