Dünya
1700 illik xəzinə tapıldı - 50 kiloqram qızıl dəyərindədir
Fransada evdə aparılan qazıntı işləri zamanı sirrli tapıntı aşkarlanıb.
Publika.az xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.
Bildirilib ki, ölkənin şimal-şərqində yerləşən Senon kəndində evin genişləndirilməsi üçün aparılan qazıntılar zamanı 1700 il əvvələ aid 40 mindən çox Roma sikkəsi tapılıb. Tapıntılar üç keramika küpündə aşkarlanıb.
Qazıntıya rəhbərlik edən arxeoloq Simon Ritz bildirib ki, ümumi çəkisi təxminən 50 kiloqram olan sikkələr klassik “xəzinə” sayılmır. Mütəxəssislərin fikrincə, insanlar qədim dövrdə bu küplərdən bir növ “qənaət sistemi” kimi istifadə ediblər.
Sikkələrin üzərində eramızın 260-274-cü illərində Qalliyada hakim olmuş imperatorların təsvirləri yer alır.
Qazıntılar həmçinin ərazinin Roma dövründə zəngin yaşayış məskəni olduğunu üzə çıxarıb. Böyük yanğınlardan sonra tərk edilən ərazinin sirri isə hələ də tam açılmayıb.
Müəllif: Roza
-
Dünya16:07Ermənistan və Azərbaycandan olan iş adamları artıq birbaşa işləyə bilərlər - Paşinyan
-
Hadisə15:44Milli Onkologiya Mərkəzində partlayış: Ölən və yaralanan var
-
Dünya15:131700 illik xəzinə tapıldı - 50 kiloqram qızıl dəyərindədir
-
Magazin114:16Nadir Qafarzadə: “Mən artıq getdim”
-
Nida Xəbər 12:59Əli Əsədov qərar imzaladı
-
İdman10:40AFFA milliyə əcnəbi məşqçi gətirir: Ayxan Abbasov əl-ayağa düşüb
-
Dünya10:08ABŞ Almaniyadan çəkilir, Rusiyadan reaksiya gəldi: “Qara ləkə”
-
Nida Xəbər 09:56Azərbaycanda maaş sistemində mühüm yenilik...


















.png)

.jpg)














