Ermənistan və Azərbaycandan olan iş adamları artıq birbaşa işləyə bilərlər - Paşinyan
Bizi izləyin

Dünya

Ermənistan və Azərbaycandan olan iş adamları artıq birbaşa işləyə bilərlər - Paşinyan

Ermənistan və Azərbaycandan olan iş adamları artıq birbaşa işləyə bilərlər - Paşinyan

"Əvvəllər Ermənistan və Azərbaycandan olan iş adamları iki hökumət vasitəsilə mal siyahıları mübadiləsi aparırdılar, lakin artıq buna ehtiyac yoxdur".

Publika.az “news.am”a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, artıq Ermənistan və Azərbaycandan olan iş adamları bir-biri ilə birbaşa işləyə bilərlər.

Paşinyan həmçinin əlavə edib ki, iki ölkənin bir-birinə tədarük etdiyi malların çeşidi genişlənə bilər. O qeyd edib ki, hazırda bu məsələ ilə bağlı dəqiq razılıq yoxdur.

Paşinyan müəyyən dairələrin hədəfinə çevrilməmək üçün Azərbaycan Respublikasının baş nazirinin müavini Şahin Mustafayevlə görüşən iş adamlarının adlarını açıqlamayacağını qeyd edib.

Xatırladaq ki, aprelin 29-da Ermənistan Respublikasında, Ağverəndə Azərbaycan Respublikasının baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on üçüncü iclası keçirilib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm