Ədalətli qərar verilənədək mübarizəmizi aparacağıq - Təmraz Tağıyev
Bizi izləyin

Sosial

Ədalətli qərar verilənədək mübarizəmizi aparacağıq - Təmraz Tağıyev

Nərimanov bələdiyyəsi qarşılıqlı iddia ərizəsiylə Nərimanov məhkəməsinə müraciət edib. Belə ki, cari ilin bir sentyabr tarixində Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyevin imzasıyla Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovaya ünvanlanan iddia ərizəsində cavabdeh kimi Əliməmmədov Natiq İslam oğlu, “İnteks” MMC və “Daşınmaz Əmlakın Dövlət Reyestr və Kadastr” Publik Hüquqi Şəxsin Baki şəhər Ərazi idarəsi göstərilib.

Maraqlıdır, bu günə kimi bələdiyyənin qarşılıqlı məhkəmə iddiasına baxış həyata keçirilibmi, ümumiyyətlə proses hansı vəziyyətdədir?

Publika.az xəbər verir ki, bu suallara aydınlıq gətirən Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib ki, iddia ərizəsi ilə bağlı həm hazırlıq iclası, həm də iki dəfə məhkəmə baxışı keçirilib.

Onun sözlərinə görə, məhkəmə prosesində baş verən prosesləri təhlil etsək, bir sıra məqamlar narahatlıq doğurur:

"Məhz bu məqamlar prosesin obyektiv və ədalətli aparılmasını şübhə altına alır. Bir çox hallarda məhkəmə ekspertinin müəmmalı fikirləri, habelə “İnteks” MMC-ni və Əliməmmədov Natiq İslam oğlunu təmsil edən vəkillərin Nərimanov bələdiyyəsinn təmsilçisinin suallarına dolaşıq cavabları onların hər birinin bu məhkəmə prosesindən tam şəkildə məlumatlı olmadıqlarından xəbər verir. Hiss olunur ki, vəkillər prosesi dərindən izləməyiblər. Yəni əraziyə əyani baxış keçirmədən hansı qərarı vermək olardı? Və ya həmin ünvana çıxarış almış şəxsin fəaliyyət göstərdiyi bina haqqında təsəvvürü yoxdursa və bunun üçün cavabdeh kimi həm Əliməmmədov Natiq İslam oğlunun və “Daşınmaz Əmlakın Dövlət Reyestr və Kadastr” Publik Hüquqi Şəxsin Bakı şəhər ərazi idarəsininn təmsilçisi prosesə dəvət edilmirsə, demək prosesin ədalətli və obyektiv aparıldığından danışmaq hələ tezdir.

İki dəfə prosesə dəvət edilən “Daşınmaz Əmlakın Dövlət Reyestr və Kadastr” Publik Hüquqi Şəxsin Bakı şəhər ərazi idarəsinin təmsilçisi məhkəmə baxışına gəlmirsə, buna nə ad vemək olar? Və yaxud təmsilçimizin sualına cavabdeh tərəfin vəkili “məlumatım yoxdur” deyirsə, cavabdeh tərəfin özü prosesə hansı məqsədlə cəlb edilmir? Bələdiyyənin iyirmi ilə yaxın bir müddət ərzində fəaliyyət göstərdiyi binanın söküntüsündən sonra satışa çıxarılması özü qanunsuz prosesdir. Düşünürəm ki, hakim qəbul edəcəyi qərarda diqqətli olmalı, bütün bələdiyyə sistemini narahat edən bir iddiaya ədaləti qərar qəbul etməlidir.

Nərimanov məhkəməsinin hakimi Gültəkin Əsədovanın bu prosesdə birtərəfli mövqedə dayanması da açıq-aydın hiss olunur. Hər halda düşünürəm ki, hakim bu dəfə insafa gəlib qanunauyğun qərar qəbul edəcək. Biz bir bələdiyyə olaraq bu məhkəmə prosesində ədalətli qərar verilənədək mübarizəmizi aparacağıq".

P.S. Açıqlamada adıçəkilən tərəflərin fikirlərini saytda yerləşdirməyə hazırıq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm