Sosial
Bakı kəndlərinə metro çəkiləcək? - RƏSMİ CAVAB
“Metronun konseptual inkişaf sxemi artıq təsdiq olunub. Həmin sxem hazırlanarkən Bakının inkişaf perspektivləri xüsusi öyrənilib, monitorinqlər aparılıb, sorğular keçirilib və əhalinin axın istiqamətləri araşdırılıb”.
Publika.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Sözçü əlavə edib ki, sxemə əsasən Binəqədidən başlayaraq Bibiheybət ərazisinə kimi metro xətti nəzərdə tutulub: “Bundan əlavə, mavi xəttin elektrik deposu Ramana qəsəbəsində yerləşməklə Yeni Yasamala qədər gedib çıxacaq. Ən vacib prinsip budur ki, şəhərin mərkəzinin məskunlaşması zamanı dayanılan yerdən 700-1000 metr civarında hər istiqamətdə stansiyalar olacaq. Şəhərin ictimai nəqliyyatla təmin olunması optimal həllini tapacaq.
Bakının ətraf kənd və qəsəbələri dedikdə, metro stansiyasının inşasından əlavə, ictimai nəqliyyatın rahatlığı və əlçatanlığından söhbət getməlidir. Misal üçün, "Koroğlu" istiqamətində 3 stansiya inşa edildikdən sonra Maştağa, Zabrat və digər istiqamətlərə marşrut xətlərinin açılması da nəzərdə tutulur. Optimal edilmiş nəqliyyat deyildikdə bu nəzərdə tutulur.
Bakı kəndlərində yeni stansiyaların inşa edilib-edilməməsi gündəm məsələsinə çevrilə bilər. Bu da həmin ərazilərdə insanların zəruri ehtiyaclarından asılı olacaq. Bunlar hamısı mərhələli şəkildə uzunmüddətli planlardır. Bakının Baş Planı təsdiq olunduqdan sonra bu istiqamətdə geniş açıqlamalar olacaq”.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO








.jpg)

























