Sosial
Qərbi Zəngəzurda qəbirləri dağıdılan şəxslərin yaxınları danışdı - VİDEO
Ermənilərin azərbaycanlılara məxsus qəbirləri dağıtdıqlarına dair bir neçə gün öncə yayılan görüntülərin Xankəndi şəhərində deyil, qərbi Zəngəzurda çəkildiyi məlum olub.
Publika.az “Xezerxeber.az”a istinadən xəbər verir ki, dağıdılan qəbirlər Qəşəm Cabbarovun ailə üzvlərinə məxsusdur:
“82 yaşlı Qəşəm Cabbarov Göyçə mahalının Basarkeçər rayonunun Çaxırlı kəndindəndir. Dağıdılan qəbirlərdən birində onun atası, digərində isə bacısı uyuyur.
Cabbarovlar ailəsi digər vətəndaşlarımız kimi zorla öz doğma yurd-yuvalarlından didərgin salınıb. O günləri böyük ağrı-acı ilə yadına salan müsahibimiz deyir ki, qəbirləri dağıtmaq ermənilərin etdiyi ilk vandallıq deyil. Onlar heç vaxt nə ölülərimizə, nə də dirilərimizə hörmət qoyublar.
İndi 82 yaşlı Qəşəm Cabbarovun bir arzusu var. Dünya gözü ilə torpağını bir də görmək, doğmalarının qəbirlərini ziyarət və bərpa etmək.
Ümid edirik ki, Azərbaycanın haqlı mübarizəsinə müxtəlif don geyindirən bəzi dövlətlər və Qərbin müxtəlif qurumları bu vandallığa qarşı susmayacaqlar. Doğrudur, onlar bundan da böyük halları görməzdən gəliblər. Ancaq güman edək ki, bu dəfə fərqli olacaq”.
Daha ətraflı süjetdə:
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
















.jpg)

















.jpg)

.jpg)