Sosial
“Baku Bus”un "səsi" niyə batıb? - Cavab verildi
Paytaxtımızda fəaliyyət göstərən “Baku Bus” avtobuslarında sərnişinlərin maarifləndirilməsi və sərnişindaşıma fəaliyyətini daha səmərəli təşkil etmək məqsədilə mütəmadi olaraq səsləndirilmə sistemi mövcud idi. Belə ki, sərnişinlər avtobusun saxladığı hər bir dayanacaqda ünvanı səsli şəkildə eşidər və bu onların gedəcəkləri mənzilə rahat çatmalarını təmin edərdi.
“Publika.az”a müraciət edən sərnişinlər tərəfindən bildirilib ki, son zamanlarda sözügedən tətbiqin istifadəsi dayandırılıb. Bu isə onların ciddi narahatlığına səbəb olub.
Sərnişinlər şikayətlənirlər ki, hazırda avtobuslarda xəbərdarlıq səsinin olmaması onların problem yaşamasına gətirib çıxarır. Belə ki, onlar bəzi hallarda dayanacaqları ötürmək məcburiyyətində qalırlar.
Üstəlik məlumat lövhələrində davamlı reklamlar nümayiş olunur ki, bu da sərnişinlərin gedəcəyi təyinat nöqtələrini dəqiqləşdirməyə mənfi təsir göstərir.
Sorğumuz üzrə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirdi ki, məsələ ilə bağlı məlumatlıdırlar və problem yaxın bir-iki günə aradan qaldırılacaq.
Ayşən Rəhim
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur












.jpg)





















.jpg)
.jpg)

