Sosial
Bankomatlarda manatlıq əsginasların olmamasının sirri - Ekspert faş etdi
Bu gün bank hesablarında olan pulun nağdlaşdırılması üçün ən rahat üsul bankomatlar hesab olunur. Banklara gedib saatlarla növbə gözləmirsən, sənədləşmə proseslərinə vaxt sərf etmirsən. Sənə lazım olan pulu hesabından asanlıqla çəkə bilirsən.
Amma bəzi bankların bankomatları xırda əsginaslar vermir. Məsələn, kart hesabında olan 59 manatın yalnız 55 manatını çıxarda bilirsən. Bankomatlarda manatlıq əsginaslar olmadığı üçün 4 manatın hesabında qalır. Bu da, bir çox insanları, xüsusən də təqaüdçüləri çox narahat edir. Yaxşı, bəs bunun səbəbi nədir?
Publika.az bunu araşdırıb. Amma əvvəlcədən deyək ki, banklarla ekspertin sözləri ziddiyyət təşkil edib.
Məsələ ilə bağlı bir neçə bankla əlaqə saxladıq. Sorğumuza cavab olaraq bildirildi: "Ola bilsin, həmin vaxt bankomatda manatlıq əsginaslar bitib. Bəzən istənilən məbləğ bitdikdə, lövhədə mövcud olan digər məbləğlər göstərilir. Məsələn, bir manatlıq yoxdursa 5, 5 manatlıq yoxdursa 10 manatlıq təklif olunur, yəni bankların minimal məbləğ prinsipi yoxdur".

Bank məsələləri üzrə ekspert, iqtisadçı Əkrəm Həsənov isə banklara əks mövqedən çıxış edib. “Bunun müxtəlif səbəblər var. Bəzi bankomatlarda bir manatlıq əsginaslar olur, amma tez bitir. Yaxud ola bilər ki, bankomat bir qayda olaraq manatlıq əsginas vermir. Bəzi banklar buna artıq xərc kimi baxır və manatlıqları ora yükləmək istəmir. Onlar hesab edirlər ki, bununla xeyli vaxt itirirlər və bankomatda artıq yer tutur.
Böyük ehtimalla, həmin banklar sözügedən mövzunu təkzib edəcək və etiraf etməyəcəklər. Təəsüf ki, müştəri bu məqamda heç nə edə bilmir. Təbii, banka yaxınlaşıb kassadan pulunu götürə bilər. Amma bankomatdan pul çəkmək müştəriyə daha rahatdır. Bu hal, elə banklar üçün də keçərlidir. Məsələn, iyirmi il bundan əvvəl kartlar az idi. İnsanlar banka müraciət edirdilər. Bu da banklara sərf etmirdi. Çünki bu qədər müştəriyə xidmət, daha çox filial və daha çox işçi deməkdir. Amma bəzi banklar var ki, onların bankomatlarında manatlıq əsginazlar həmişə olur. Hansı bankda yoxdursa, deməli, onun müştəriyə xidmət siyasəti yoxdur”.
Ayşən Rəhim
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı



























.png)


.jpg)



