Sosial
Naxçıvanın maliyyə naziri niyə həbs olundu? - YENİ DETALLAR
Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rafael Əliyev həbs edilib.
Publika.az xəbər verir ki, Rafael Əliyev 19 avqust 2020-ci ildə maliyyə naziri təyin edildikdən sonra Naxçıvan Gömrük Komitəsində bütün maliyyə məsələləri onun nəzarətində olub.
O, Naxçıvan gömrüyü ilə bağlı bütün hesabatları alıb və qeyri-rəsmi Bakıya (Azərbaycan Dövlət Gömrük Komitəsinə) hesabat vermirmiş.
Dövlət Gömrük Komitəsi ilə birbaşa əlaqələrə də qadağa qoyubmuş. Əks halda işçilər işdən qovular və yaxud ən yüngülü töhmət verirlərmiş.
Rafael Əliyevə bu işdə ona dəstək verən isə yerinə təyin olunan Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi, hazırda həbsdə olan Mənsur Əsgərov olub.
Naxçıvan Muxtar Respublikasının Gömrük Xidmətinin rəisi Səhət Həbibbəyli də bu qaydalara göz yumub, deyilənlərlə razılaşırmış.
Onlar işlədikləri dövr ərzində birlikdə büdcəni "doldurmaqla" bərabər, "büdcədən kənar” yığımlar sistemini də formalaşdırmağı "bacarıblar”.
Nəticədə sahibkara, gömrüyü keçən insanlara xeyli miqdarda da zərər veriblər.
Azərbaycan Dövlət Gömrük Komitəsini dinləməyən, yalnız öz qaydaları ilə sözügedən qurumu idarə edən nazir və onun ətrafı ilə bağlı hazırda Dövlət Təhlükəsiz Xidməti tərəfindən araşdırma gedir. ("Qaynarinfo")
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
















.jpg)

















.jpg)

.jpg)