Sosial
AYB-dən Əlisa Nicatın acınacaqlı vəziyyəti ilə bağlı AÇIQLAMA
Xəbər verdiyimiz kimi, “Qanun” nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu və “Ali Nino” mağazalar şəbəkəsinin sahibi Nigar Köçərli acınacaqlı durumda yaşayan yazıçı Əlisa Nicatın evindən görüntülər paylaşıblar. Yazıçının evinin ümumi vəziyyətinin acınacaqlı olduğu, istilik sisteminin olmadığı vurğulanıb.
Məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza Publika.az-a açıqlamasında bildirib ki, yazıçı vəziyyəti ilə bağlı birliyə müraciət etməyib:
“Əlisa Nicat yardım üçün AYB-yə müraciət etməyib, bu barədə Anar müəllim də açıqlama verib. Yazıçının durumu ilə bağlı məlumat isə dünəndən yayılıb. Yəqin ki, AYB də öz imkanlarını dəyərləndirər və hər hansısa dəstək göstərər”.
Qeyd edək ki, 87 yaşlı Əlisa Nicat 100 dən çox kitabın müəllifidir. O, “Qızılbaşlar”, “Zərdüşt”, “Əsarət bayramı”, “Gərəksiz”, “Qəbilə başçısı”, “Gəncəli müdrik” və s. məşhur əsərlərin müəllifidir. Müstəqillik dövründə “Nağıllara dönən tarix”, “Ruhların söhbəti”, “Dünya sərkərdələri”, “Kədər şərabı”, “Yüz böyük Azərbaycanlı”, “Karvan” və digər kitabları çap edilib.
Akqabay Mıradov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


































.jpg)
.jpg)
