Sosial
Vasif Talıbovla bağlı daha bir inanılmaz İDDİA
Naxçıvanın Babək rayonunun Sirab kəndində camaat içməyə su tapmır. Səbəb illərdir ki, kənddəki eyni adlı yataqdan aşıb-daşan suyun qarşısının birdəfəlik kəsilməsidir.
Yerli sakinlər deyir ki, illərdir Sirabda yaşanan su problemi haqda Naxçıvanın Ali Məclisinə şikayət edirlər, amma problem çözülmür.
Sakinlər bildirirlər ki, Sirabdakı yataqların istismarı ötən əsrin 50-ci illərindən başlayıb. 1968-ci ildə Azərbaycanda ən böyük mineral sudoldurma zavodu məhz Sirab kəndində istifadəyə verilib.
Sovet İttifaqı dağıldıqdan sonra zavodun fəaliyyətində də problemlər başlayıb. 2003-cü ildə “Sirab” mineral sular zavodu Açıq Səhmdar Cəmiyyətinə çevrilib. Babək “Sirab” ASC bir sıra Avropa, Rusiya və Türkiyə firmaları ilə əlaqə yaradaraq yeni müasir avadanlıqlar alıb.
Yerli sakinlər deyir ki, o zamandan “Badamlı” və “Sirab” sularını istehsal edən müəssisələr Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbova məxsusdur. “Badamlı” sularını istehsal edən müəssisə 2004-cü ildə Talıbovlara məxsus “Gəmiqaya Mineral Sular” MMC şirkəti tərəfindən özəlləşdirilib. “Sirab” sularını istehsal edən müəssisə də 2003-cü ildə “Babək-Sirab” ASC-yə çevrilib.
“Babək-Sirab” ASC-nin Bakıda da filialı açılıb.
“Badamlı” və “Sirab” sularının ölkədə topdan və pərakəndə satışını Talıbovlara məxsus “Gəmiqaya Mineral Sular” MMC həyata keçirir.
Nəhəng Sirab bulağının qaynayıb-daşdığı kənddə isə sakinlər içməli su qıtlığı ilə üz-üzədirlər.
Kənd sakinləri deyir ki, “Sirab” ASC bulağın suyu tam olaraq istehsal sahəsinə yönləndirdiyindən, kəndin kəhriz və su quyuları da quruyub.
Faktiki olaraq kənddə ekoloji tarazlıq pozulub.
Sakinlər bildirib ki, Sovet dönəmində müalicəvi Sirab suyunun yalnız bir hissəsi istehsal sahəsinə yönəldilmişdi. Qalan hissəsi isə kəndin göllərinin, kəhrizlərinin, quyularının su mənbəyi olararaq saxlanılırdı. İndi isə, nəhəng bulaqdan çıxan suyun hamısı borularla yaxınlıqdakı zavoda daşınır. Bu səbəbdən də rəsmi rəqəmlərə görə 3 minə yaxın əhalisi olan kənddə su qıtlığı yaranıb.
Sakinlər xahiş edirlər ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Sirabda olub bu problemin də çözülməsi istiqamətində addımlar atsınlar. (Globalinfo.az)
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp







.jpg)




















.jpg)
.jpg)





